Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Suraxanı rayon təşkilatı “Bir damla qan həyatdır” şüarı ilə qanvermə aksiyası təşkil edib

YAP Suraxanı rayon təşkilatı “Bir damla qan həyatdır” şüarı ilə qanvermə aksiyası təşkil edib

23.05.2019 [09:44]

Mayın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı 15 saylı Birləşmiş Şəhər Xəstəxanası ərazi ilk partiya təşkilatı ilə birgə müqəddəs Ramazan ayı münasibəti ilə “Bir damla qan həyatdır” şüarı ilə qanvermə aksiyası təşkil edib. YAP Suraxanı rayon təşkilatının inzibati binasında keçirilən qanvermə aksiyasının təşkilində əsas məqsəd anemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım etməkdən ibarət olub.
Onu da qeyd edək ki, qanvermə aksiyası ilə bağlı məlumat öncədən sosial şəbəkələr vasitəsilə elan edilib və könüllü iştirakçı olmaq istəyənlər təşkilatçılar tərəfindən qeydiyyata alınıb. Daha sonra həkim briqadası tərəfindən YAP Suraxanı rayon təşkilatının inzibati binasında aksiyada iştirak edəcək şəxslərin tibbi müayinəsi aparılıb və sağlamlığı qanverməyə uyğun olan şəxslər aksiyada iştirak ediblər.

Paylaş:
Baxılıb: 758 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30