/ / YAP İcra Katibliyində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mətbuat konfransı keçirib
YAP İcra Katibliyində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mətbuat konfransı keçirib
11.10.2019 [09:21]
Rövşən Rzayev: Bu günə qədər 300 min nəfərdən çox məcburi köçkün mənzillə təmin olunub
Oktyabrın 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mətbuat konfransı keçirib.
R.Rzayev bildirib ki, bu gün Azərbaycan güclü dövlətdir. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir: “Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı xeyli sayda Fərman və Sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Prezident İlham Əliyev hələ 2003-cü ildə elan etdiyi kimi, qısa müddət ərzində bütün çadır şəhərcikləri ləğv edilib”.
Dövlət Komitəsinin sədri bildirib ki, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması Prezidentin sosial-iqtisadi fəaliyyətinin nəticəsidir. “Qobu Park” yaşayış kompleksinin 1-ci mərhələsində 1026 ailə evlə təmin olunub. Bu günlərdə açılışı olan “Qobu Park-2” yaşayış kompleksində isə 1300 ailə mənzillə təmin olunub. R.Rzayev deyib ki, tikinti işləri özəl şirkət tərəfindən aparılıb. “Əgər Dövlət Komitəsinin tikdiyi yaşayış kompleksində mənzillər yalnız mətbəx avadanlıqları ilə təmin olunurdusa, özəl şirkətin inşa etdiyi binalarda mənzillər mətbəx mebeli ilə təmin olunub, ev sahiblərinə soyuducu hədiyyə edilib”, - deyən R.Rzayevin sözlərinə görə, mənzillərin verilməsi üçün bu gün (dünən - red.) püşk atılıb. Mənzillər ailə tərkiblərinin sayına görə veriləcək. Mənzillərin verilməsi prosesi başa çatdıqdan sonra hər bir şəxslə müqavilə bağlanacaq.
Bildirilib ki, bu ilin sonuna qədər bütövlükdə 6000 ailəyə mənzil veriləcək: “Bununla yanaşı, yaxın günlərdə Şirvan şəhərində 685 ailəlik qəsəbəmiz təhvil veriləcək, Beyləqanda 146 fərdi ev tikilib təhvil verilib. Göyçayda, Göygöldə, Ucarda bir qəsəbəmiz tikilir. Kürdəmirdə də 560-dan çox ailə üçün qəsəbə yaxın günlərdə təhvil veriləcək”.
Onun sözlərinə görə, mənzillərin paylanması üçün komissiya fəaliyyət göstərir. Komitə sədri qeyd edib ki, evlər ilkin olaraq ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilir. O bildirib ki, bununla bağlı ölkə başçısının tapşırığına əsasən işlər görülür: “Komitədə bununla bağlı komissiya yaradılıb. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, bağçalarda, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Amma çox təəssüf ki, yenə də bu kateqoriyadan olan ailələr var. 24 min ailə ağır şəraitdə yaşayır. Yeni mənzillərin və qəsəbələrin tikilməsinə görə torpaqların ayrılması üçün müraciətlər olunub”.
Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, bu günə qədər 300 min nəfərdən çox məcburi köçkün mənzillə təmin olunub.
Bundan başqa, R.Rzayev əlavə edib ki, məcburi köçkünlər üçün Səhiyyə Nazirliyi ilə birlikdə tibbi müayinələr keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə əmək yarmarkaları təşkil edilib.
Daha sonra R.Rzayev jurnalistlərin suallarını cavablandırıb. “Milli şura”nın oktyabrın 8-də keçirdiyi piket zamanı özünü məcburi köçkün kimi təqdim edən bir iştirakçının 25 ildir yataqxanada ağır şəraitdə yaşaması haqda dediklərinə münasibət bildirən R.Rzayev deyib ki, piketdə evsiz olduğu ilə bağlı videomüsahibə verən məcburi köçkünün yalan danışdığı məlum olub. O bildirib ki, bununla bağlı Komitədə araşdırma aparılıb: “Ona və ailə üzvlərinə ev verilib. Müxalifət öz siyasi məqsədləri üçün bu insanlardan istifadə etməməlidir. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bunun nəticəsində də bir milyon insanın məcburi köçkün vəziyyətinə düşməsinin səbəbkarı indiki müxalifətin hakimiyyətdə olduğu dövrdəki səriştəsiz fəaliyyətidir”.
Komitə sədri deyib ki, Bakıda ailə sayına görə ən çox məcburi köçkün Binəqədidə yaşayır.
R.Rzayev həmçinin qeyd edib ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən yanğınlarla bağlı araşdırmalar aparılır. Onun sözlərinə görə, bu hadisələr hansısa ehtiyatsızlıqdan baş verir: “Yataqxanalarda naqillər çox həssas olduğu üçün belə hallar baş verir. Məcburi köçkünlər ehtiyatlı davranmalıdırlar”. O həmçinin qeyd edib ki, yataqxanalarda baş verən yanğınlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılıb.
R.Rzayev bildirib ki, Bakı şəhərində yataqxanalardakı elektrik naqillərinin vəziyyəti öyrənilib. Onun sözlərinə görə, bununla bağlı komissiya yaradılıb. Komissiya Bakı şəhərindəki bütün yataqxanaların elektrik naqillərinin vəziyyətini araşdırıb: “Onların təmiri ilə bağlı lazım olan vəsait müəyyənləşdirilib və komissiyanın rəyi hazırda Nazirlər Kabinetinə təqdim olunub”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

