YAP Nəsimi rayon təşkilatı “Erməni yalanının növbəti ifşası” adlı kitabın təqdimatını keçirib
11.10.2019 [09:26]
Oktyabrın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində YAP Nəsimi rayon təşkilatı “Erməni yalanının növbəti ifşası” adlı kitabın və bunun əsasında hazırlanmış videoçarxın təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan Prezidenti İlham Əliyevin müntəzəm olaraq beynəlxalq kürsülərdə erməni yalanlarını, bu yalanları uyduran erməni xalqının xəstə təxəyyüllü rəhbərlərini ifşa etdiyini söyləyib. Bu günlərdə Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək növbəti erməni yalanını ifşa etdi. Bu tarixi çıxış YAP Nəsimi rayon təşkilatı tərəfindən 10-a yaxın xarici dilə tərcümə edilərək nəşr olunub.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkarlıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu bildirib. O əlavə edib ki, işğalçı ölkə, eyni zamanda, uzun illər ölkəmizə qarşı böhtan və şər kampaniyaları da apararaq dövlətimizin imicinə kölgə salmağa çalışır.
Siyavuş Novruzov deyib ki, Ümummilli Lider Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından erməni yalanlarını ifşa edirdi. Bu gün bu siyasi missiya Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlətimizin başçısı “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında konkret olaraq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan etdi. Prezident “Qarabağ Azərbaycandır və nida” söyləməklə bir daha dövlətimizin birmənalı mövqeyini nümayiş etdirdi. Azərbaycanın siyasi arena ilə yanaşı, hərb meydanında da ermənilərə sarsıdıcı zərbə vurduğunu deyən deputat buna misal olaraq Aprel döyüşlərini göstərib.
Sonra YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov, birliyin üzvü Nigar Yahyayeva və YAP Gənclər Birliyi ofisinin rəhbəri Fərid Nəsibov çıxış ediblər.
Daha sonra Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışı ilə bağlı videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxMədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23

