Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib

YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib

17.10.2019 [09:59]

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi və Xətai rayon təşkilatlarının birgə təşkilatçılığı ilə YAP fəallarının, Binəqədi və Xətai rayonlarının ictimaiyyətinin nümayəndələrinin, Qarabağ qazilərinin, həqiqi hərbi xidmətdə olan zabit və əsgərlərin, gənclərin iştirakı ilə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyət, xüsusilə gənclər arasında vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi və bu istiqamətdə maarifləndirmənin həyata keçirilməsidir.
Tədbirdən öncə dövlət başçısı cənab İlham Əliyevin sentyabrın 30-da Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Giriş nitqi ilə tədbiri açıq elan edən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev çıxışında müstəqil və müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə ölkəmizdəki ordu quruculuğu prosesindən danışıb. O, Ulu Öndərimizin siyasi kursunun bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirildiyini söyləyib, dövlətimizin inkişafı, xalqımızın rifahı, ərazi bütövlüyümüzün dönməzliyinin təmin edildiyini, dünyada mövqeyinin daha da möhkəmləndirildiyini diqqətə çatdırıb.
YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Bayramov çıxışında vurğulayıb ki, Ermənistan və onun havadarları münaqişənin sülh yolu ilə həllinə daim maneələr törədirlər. Ermənistanın bu mövqeyi dünyada sülhə əsl təhdiddir. Zaman-zaman Ermənistan rəhbərliyi tərəfindən atəşkəs rejiminin pozulması, dinc əhalimizə qarşı ölümlə nəticələnən silahlı hücumlar və onların sərsəm bəyanatları xalqımızda haqlı olaraq ikrah hissi oyadır. Lakin dövlət başçısı İlham Əliyevin qətiyyətli mövqeyini, sülhsevər cəhdlərini bütün dünya, xüsusilə xalqımız alqışlayır və qürurla qarşılayır.
Qarabağ qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev isə nitqində qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini əks etdirən məlum çıxışı Paşinyanın uydurma bəyanatına çox qətiyyətli cavab idi. Onun sözlərinə görə, hər bir veteran Ali Baş Komandanın əmrinə müntəzirdir və torpaqlarımızın tezliklə azad edilməsi üçün, mənfur düşmənə qarşı mübarizədə Prezident İlham Əliyevin əmrini gözləyir.
Azərbaycan Respublikası Mülki Müdafiə Qoşunlarının həqiqi hərbi xidmətdə olan əsgəri Fəsli Nəbiyev ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu ordu islahatlarından danışıb. Ordumuzun gündən-günə inkişaf etdiyini, öz torpaqlarımızı düşməndən azad etməyə hər an hazır olduğunu bildirib. O həmçinin zabit və əsgərlərin hərtərəfli inkişafı, sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən dövlət tədbirlərindən bəhs edib.
Tədbirdə, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə tədbir iştirakçıları adından müraciət səsləndirilib.
Tədbir bədii hissə ilə davam etdirilib.

Paylaş:
Baxılıb: 728 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30