/ / Ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm nailiyyətlər əldə olunub
Ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm nailiyyətlər əldə olunub
23.11.2019 [10:51]
YAP İcra Katibliyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuat konfransı keçirib
Noyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuat konfransı keçirib. Mətbuat konfransında H.Hüseynova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Xüsusilə də, bu sahədə bir sıra mühüm qanunlar qəbul edilib və davamlı islahatlar həyata keçirilib. Nəticədə ölkədə qadın və uşaq hüquqları daha da inkişaf etdirilib, bu sahələrdə əhalinin məlumatlılıq səviyyəsi artırılıb, erkən nikahların sayı azalıb.
Qeyd edilib ki, qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində qanunların qəbul edilməsində respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük rolu olub. “Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən qadın və uşaqların yaşayışına müsbət təsir göstərir. Nəticə olaraq BMT-nin CEDAW Komitəsi (Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitə) ölkəmizin sonuncu dövrü məruzəsi ilə bağlı rəyində Azərbaycanda qadın hüquqlarının və gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin qadın hüquqları ilə bağlı 5-ci məqsədinin ölkəmizdə bu sahədə görülən işlərlə 97% üst-üstə düşdüyü müəyyən edilib. Habelə 2011-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçiridiyi “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi Avropa İttifaqı tərəfindən səmərəliliyinə və verdiyi töhfələrə görə birinci yerə layiq görülüb”, - deyən H.Hüseynova söyləyib ki, bu layihənin nəticəsində 8 Qadın Resurs Mərkəzləri yaradılıb, 145 qadın şəxsi biznesini qurub. Bütövlükdə, mərkəzlər vasitəsilə 6 min 500-dən çox üzvü olan güclü qadın şəbəkəsi mövcuddur. Onların fəaliyyətinin davamlılığını təmin etmək məqsədi ilə beş mərkəz - Biləsuvar, Salyan, Sabirabad, Neftçala və Masallı mərkəzləri QHT kimi rəsmi qeydiyyatdan keçıb.
Bildirilib ki, ölkəmiz qadın və uşaq hüquqları sahəsində bir sıra mühüm konvensiyalara qoşulub, bu ilin oktyabr ayında isə “Uşaqların cinsi zorakılıqdan və cinsi istismardan müdafiəsi haqqında” Avropa Şurasının Lanzarotta Konvensiyası ratifikasiya edilib. Yaxın gələcəkdə ölkəmizin həmçinin “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının İstanbul Konvensiyasını imzalaması gözlənilir.
H.Hüseynova söyləyib ki, ailə institutunun möhkəmləndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi digər aidiyyəti qurumlarla birlikdə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliği, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin zəruriliyi, gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Lakin bütün bunların fonunda ailə institutuna təsir göstərən bir sıra mənfi hallar həm cəmiyyətimiz, həm də dövlətimiz üçün aktual olaraq qalmaqdadır. Bütün dünyada olduğu kimi, son illər nikahların azalması, boşanmaların artması, məişət zorakılığı zəminində xüsusi amansızlıqla qətl hadisələrinin baş verməsi, doğulan uşaqların sayının, ümumnəsilvermə əmsalının aşağı düşməsi, o cümlədən doğulan uşaqlar arasında cins nisbətinin pozulması ailədaxili münasibətlərin tənzimlənməsi sahəsində bir sıra boşluqların olmasını sübut edir.
Məlumat verilib ki, 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. H.Hüseynovanın sözlərinə görə, həmin dövrdə belə qızların sayı 5 min 138 idisə, Ailə Məcəlləsinə edilmiş dəyişiklik və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalmasını müşahidə edirik. 2018-ci ildə bu rəqəm 338 olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4 min 392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2 min 129 olub. Lakin biz bu sahədə işlərimizi davam etdiririk. Eyni zamanda, qadınların seçkili orqanlarda, xüsusilə bələdiyyələrdə və parlamentdə, habelə yerli icra hakimiyyətlərində təmsilçiliyi artırılıb, qadın sahibkarlığına dəstək gücləndirilib.
Komitə sədri ölkəmizdə qadın sahibkarlığının da inkişaf etdiyini diqqətə çatdırıb. O deyib ki, 2019-cu il aprelin 1-nə olan məlumata görə, qeydiyyatda olan qadın sahibkarların sayı 186 min 392 nəfərdir. 2012-ci ildə bu rəqəm 73 min 469 olub. Son yeddi ildə qadın sahibkarların sayı üç dəfəyə qədər artıb.
H.Hüseynova bildirib ki, Komitənin tabeliyində 11 rayonda yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir. Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin yaradılması və inkişafı rayon və kənd icmalarında qarşıya qoyulan ali məqsədlərə nail olmaq üçün atılan ən effektiv addımlardan biridir. Mərkəzlərin fəaliyyətinin əsası icmada risk qrupundan olan uşaq, qadın və ailələrlə sosial və psixoloji işin aparılması, uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikahların, məişət zorakılığının, qadın və uşaq zorakılığının, insan alveri hallarının qarşısının alınması, yeniyetmələrin təhlükəli yaş dövründə asudə vaxtının təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən, əhalinin ehtiyaclarına uyğun xidmətlərin təşkilindən ibarətdir.
Fəaliyyəti dövründə mərkəzlərə müxtəlif mövzularda edilən müraciətlərin sayı 15 min 291 olub. Onlardan 11 min 522 nəfəri qadındır. Mərkəzlərin icma daxilində etibar qazanması qadın müraciətçilərin sayının artmasına səbəb olub. Ailə daxilində problemlərin araşdırılması, qiymətləndirilməsinin aparılması, ailələrin güclü tərəflərinin aşkarlanması məqsədi ilə ailələrə mərkəzlərin sosial işçi və psixoloqları tərəfindən səfərlər edilərək ailələrin potensialının artırılması istiqamətində işlər həyata keçirilir.
Mətbuat konfransında həmçinin qeyd olunub ki, hər il ölkədə vətəndaşların sosial təminatı və müdafiəsi üzrə xərclər artırılır. 2020-ci ilin dövlət büdcəsi layihəsində sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsi üçün xərclər 2019-cu ilin xərclərindən iki dəfə çoxdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27

