Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qaradağ rayonunda təşviqat kampaniyasına başlanılıb

Qaradağ rayonunda təşviqat kampaniyasına başlanılıb

03.12.2019 [09:56]

Bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlanıb.
Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatı da bələdiyyəyə namizədliyi irəli sürülmüş partiya üzvlərinin təşviqat kampaniyasına start verib.
Partiya tərəfindən rayonda olan 11 bələdiyyə üzrə 123 nəfərin namizədliyi irəli sürülüb. Müvafiq prosedur qaydalara layiqincə əməl etmək üçün partiya fəallarının iştirakı ilə treninqlər keçirilib. Məqsəd isə seçicilərin mütləq səsi ilə növbəti seçkidə də qalib gəlməklə xalqın etimadını əməli işlərlə doğrultmaqdır.
Xatırladaq ki, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na əsasən, seçkiqabağı təşviqatın aparılması üçün müddət səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Seçkiqabağı təşviqatın aparılması dekabrın 22-si saat 08:00-da dayandırılacaq.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30