Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Gəncədə bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Gəncədə bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam edir

11.12.2019 [10:03]

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş YAP tərəfindən irəli sürülmüş müşahidəçilərlə olub.
Görüşdə YAP-ın səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək, müstəqil Azərbaycanın inkişafına, tərəqqisinə mühüm töhfələr verən YAP tərəfindən 23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərinə ən layiqli namizədlərini irəli sürüldüyünü bildirib. Namizədlər arasında xüsusən gənclərə və qadınlara üstünlük verildiyini qeyd edən millət vəkili partiyamızın seçkilərə “Xalq üçün” şüarı ilə getdiyini bildirib. Natiq həmçinin Azərbaycan Respublikasınin Seçki Məcəlləsində olan əsas anlayışlar, müşahidə aparmağın prinsipləri, müşahidəçilərin hüquqları, riayət etməli olduqları şərtlər barədə ətraflı məlumat verib.
YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək qarşıda duran vəzifələrdən danışıb. Pərvin Kərimzadə ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısını daim öz üzərlərində hiss edən gəncəlilərin əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklərini, bu siyasi kampaniyanın da yüksək mütəşəkkilliklə keçirilməsinə nail olacaqlarına əminliyini bildirib.

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30