Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağdamın Qərvənd, Zəngişalı, Təzəkənd kəndlərində və Musiqi kollecində seçicilərlə görüşlər keçirilib

Ağdamın Qərvənd, Zəngişalı, Təzəkənd kəndlərində və Musiqi kollecində seçicilərlə görüşlər keçirilib

18.12.2019 [09:18]

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüşlər rayonun Qərvənd, Zəngişalı, Təzəkənd kəndlərində və Ağdam rayon Musiqi kollecində keçirilib.
Qərvənd, Zəngişalı və Təzəkənd kəndlərindəki görüşlərdə çıxış edən YAP Ağdam rayon təşkilatı təbliğat qrupunun üzvləri Şahin Qasımov və Tofiq Cəfərov bələdiyyə seçkiləri ilə bağlı ətraflı məlumat veriblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərində də qalib gəlmək əzmindədir.
Görüşlərdə çıxış edən kəndlərin sakinləri xalqın etimadını əməli işi ilə doğruldan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Ağdam rayon Musiqi kollecində qadın seçicilərlə keçirilən görüşdə isə YAP Ağdam rayon təşkilatı təbliğat qrupunun üzvləri Xosrov İsmayılov, Rafail Musayev, YAP Ağdam rayon təşkilatının Qadınlar Şurasının sədri Mətanət Misirxanova çıxış edərək bildiriblər ki, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi, bu dəfəki bələdiyyə seçkilərinə də yüksək fəallıqla hazırlaşıb. Bildirilib ki, ötən 27 illik zaman kəsiyində YAP dövlətçilik uğrunda yorulmadan xidmət göstərib. Məhz buna görə də xalqımız bütün seçkilərdə YAP-ın namizədlərinə səs verir.

Paylaş:
Baxılıb: 710 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30