Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Abşeron rayonunun Masazır kəndində YAP-ın namizədləri ilə seçicilərin görüşü olub

Abşeron rayonunun Masazır kəndində YAP-ın namizədləri ilə seçicilərin görüşü olub

18.12.2019 [09:24]

23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində Masazır kəndində YAP-ın namizədləri ilə seçicilərin görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev deyib ki, bələdiyyələr artıq mühüm uğurlar əldə ediblər. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində regionlarımızın böyük inkişaf yolu keçdiyini qeyd edib.
YAP Abşeron rayon təşkilatının sədri deyib ki, keçirilən görüşlər onu deməyə əsas verir ki, seçicilər qarşıdan gələn bələdiyyə seçkilərinə böyük ruh yüksəkliyi ilə gedirlər: “Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində vətəndaşlar gələcəyə nikbin baxırlar. Ona görə də əminliklə demək olar ki, YAP bu seçkilərdə də qələbə qazanacaq”.
Sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın Azərbaycanın həyatında, gənclərimizin vətənpərvər ruhda yetişməsində oynadığı rola diqqət çəkib. Natiq müstəqil ölkəmizin bugünkü səviyyəyə gəlib çatmasında Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının da xidmətlərinin olduğunu söyləyib.
V.Rəhimzadə əmin olduğunu bildirib ki, dekabrın 23-də abşeronlular məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Daha sonra namizədlər Siyanfər Əliyev və Rövşən Nəbiyev çıxış edərək bələdiyyələrin tarixi ilə bağlı qısa arayış veriblər. Onlar bələdiyyə seçkilərində seçicilərin düzgün seçim edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə inandıqlarını qeyd ediblər.
Sonda Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev çıxış edərək bildirib ki, partiyamız tərəfindən irəli sürülmüş namizədlər qələbə qazanaraq rayonun və yaşayış məntəqələrinin rifahı naminə əllərindən gələni əsirgəməyəcəklər: “İnanıram ki, bu seçkilərdə də Azərbaycan cəmiyyəti YAP-ın namizədlərinə etimad göstərəcək”.

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30