Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gəncə şəhər təşkilatının fəal gəncləri “Xalq üçün” təşviqat aksiyası keçirib

YAP Gəncə şəhər təşkilatının fəal gəncləri “Xalq üçün” təşviqat aksiyası keçirib

20.12.2019 [09:26]

Dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıqla başlayan Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının fəal gəncləri “Xalq üçün” təşviqat aksiyası keçirib.
Xoş əhval-ruhiyyə ilə aksiyaya qoşulan gənclər şəhərin baş meydanında, park və küçələrində, çoxmərtəbəli binaların həyətlərində YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış, YAP tərəfindən irəli sürülmüş namizədlərin seçki proqramını, seçkiqabağı platformasını əks etdirən bukletləri və digər təbliğat-təşviqat materiallarını seçicilərə paylayıblar. Gənclər həmçinin bukletlə tanış olan şəhər sakinlərinə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, qazanılan uğurlardan bəhs edib, onları 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Bukletlər və digər təbliğat-təşviqat materialları ilə yaxından tanış olan seçicilər qarşıdan gələn bələdiyyə seçkilərində dünənin, bu günün və parlaq gələcəyimizin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 775 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30