/ / 2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb
2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb
27.12.2019 [10:19]
YAP İcra Katibliyində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair mətbuat konfransı keçirib
Dekabrın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair mətbuat konfransı keçirib. V.Qasımlı bildirib ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son beş ildə ilk dəfə 2 faizi ötüb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub. Onun sözlərinə görə, biznes islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutların səmərəliliyini çoxaltmaqla, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi şəraitində iqtisadi artım sürətlənir. 2019-cu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri üzrə artım qeyri-neft sənayesində 13,9 faiz, bitkiçilikdə 11,3 faiz, informasiya və rabitə xidmətlərində 15,9 faiz və turizmdə (turistlərin say artımı) 11,1 faiz olub. İqtisadi artımın 2020-ci ildə son altı ildə ilk dəfə olaraq 3 faizə çatması, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə 3,1 faiz və 2023-cü ildə 3,2 faiz olması proqnozlaşdırılır. Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın orta hesabla 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə isə 2,5 faiz (qeyri-neft ixrac çəkili) olacağı proqnozu və neftin qiymətinin makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan artıq olması da aparılan islahatlarla birlikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək.
Bu ilin ilk 11 ayında dövlət büdcəsinin profisiti 957 milyon manata çatıb
Bu ilin ilk 11 ayında dövlət büdcəsinin profisiti 957 milyon manata çatıb, ticarət balansında 6 milyard ABŞ dolları müsbət saldo yaranıb. Strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına çatmaqla 37 aylıq mal və xidmət idxalına kifayət edir və xarici borcu altı dəfə üstələyir. 2019-cu ildə inflyasiya 2,6 faiz olmaqla illik hədəfdən az olub. Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb, Ukrayna qrivnası, Rusiya rublu və yapon yeninə qarşı isə ucuzlaşıb, ən əsası, ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb. Manatın real effektiv məzənnəsinin ucuzlaşması isə qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16 faiz artıb.
Qeyd olunub ki, vergi-gömrük islahatları və “kölgə iqtisadiyyatı” ilə mübarizə nəticəsində dövlət büdcəsinə 2019-cu il ərzində 1 milyard manat proqnozdan əlavə vəsait daxil olub. Qeyri-neft sektorunun inkişafı büdcə gəlirlərinin artımında özünü ifadə edir. Dövlət büdcəsinin artan imkanları hesabına həyata keçirilən sosial islahat paketi 4,2 milyon nəfəri əhatə etməklə 2,3 milyard manata başa gəlib. Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11 faiz artıb. V.Qasımlı diqqətə çatdırıb ki, 2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb. Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkədən biri olan Azərbaycanın kredit reytinqini “Moody’s” sabit “Ba2” səviyyəsində müəyyənləşdirib, “Fitch” isə bu reytinqi təsdiqləyib. Bu il Beynəlxalq İnkişaf Assosiasiyası Azərbaycana rəsmi olaraq beynəlxalq aləmdə donor ölkə statusu verib.
Eyni zamanda, 2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycanın artan təbii qaz hasilatı Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstanın, Türkiyənin və Avropanın enerji təhlükəsizliyində rol oynayacaq. SOCAR Karbamid zavodu, “Qobu Park 2” yaşayış kompleksi, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkanı, “Laçın” tankeri, “Azərxalça”nın filialları, Biyan Sənaye Mərkəzi və s. 2019-cu ildə istifadəyə verilən mühüm obyektlər oldu.
Bu ilin ilk 11 ayında qeyri-neft sektoru üzrə ixrac 1,8 milyard ABŞ dolları təşkil edib və 16 faiz artıb
V.Qasımlının sözlərinə görə, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard ABŞ dolları təşkil edib və ticarət dövriyyəsində 6 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Monetar qızılın idxalını çıxanda ticarət dövriyyəsinin müsbət saldosu daha böyükdür. Bu ilin ilk 11 ayında qeyri-neft sektoru üzrə ixrac 1,8 milyard ABŞ dolları təşkil edib və 16 faiz artıb. Cari ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoruna aid mallar əsasən Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana və Ukraynaya ixrac olunub. 2019-cu ilin yanvar-noyabr aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 54 faiz, pambıq lifinin ixracı 53 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz artıb. Cari ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor, qızıl, fındıq ləpəsi, pambıq mahlıcı, xurma, elektrik enerjisi, metanol (metil spirti), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, ilkin formalı polipropilen önə çıxıb. 2019-cu ilin yanvar-noyabr aylarında Azexport.az portalına 532 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Sosial islahatlara gəlincə, icraçı direktor söyləyib ki, 2019-cu ildə sosial islahat paketi minimum əməkhaqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası, həmçinin həssas təbəqələrə mənzil, avtomobil və s. formada verilən dəstəyi özündə ehtiva edir. Ümumi olaraq sosial islahat paketi bu il üçün 2,3 milyard manat maliyyə yükü ilə 4,2 milyon nəfəri, başqa sözlə, əhalinin 40 faizdən çoxunu əhatə edib. 2019-cu il ərzində minimum əməkhaqqı 93% artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Hazırda Azərbaycanda minimum əməkhaqqı ölkə üzrə yaşayış minimumunu 40% üstələyir. Orta aylıq əməkhaqqı təxminən 15 faiz artaraq 625 manata çatıb. Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq, Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri, Ukrayna və Gürcüstan da nəzərə alınmaqla 2-ci yerdə qərarlaşıb. Orta əməkhaqqı göstəricisinə görə isə Azərbaycan MDB məkanında ilk üçlüyə daxildir.
Ümumilikdə, 2019-cu il ərzində əmək pensiyalarının 72% artımı 450 milyon manat maliyyə yükü ilə 750 min nəfəri əhatə edib. Hazırda Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 1-ci yerdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə effektiv dövlət idarəetmə sistemi qurulub
İdarəetmə islahatlarının əhəmiyyətinə toxunan V.Qasımlı bildirib ki, Prezident İlham Əliyevin strateji idarəetmə siyasətinə uyğun olaraq qanunverici, icraedici və məhkəmə hakimiyyətinin islahatları dövlət idarəetməsinin səmərəliliyini artırmaqla ilk növbədə vətəndaşların və biznesin maraqlarına xidmət edir. 2019-cu ildə dövlət idarəetmə islahatlarının məqsədi dövlət müstəqilliyinin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbətin qurulması və Azərbaycanın yerli, regional və qlobal çağırışlara daha yaxşı cavab verməsidir. Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiqləndi, mərkəzi icra hakimiyyəti orqanlarında struktur islahatları aparılır, yerli icra hakimiyyəti qurumları qarşısında yeni tələblər qoyulub.
V.Qasımlı söyləyib ki, hakimiyyətin icra və məhkəmə qanadlarında islahatlar qanunverici orqanın islahatları ilə davam edir. Fevralın 9-da keçiriləcək seçkilər nəticəsində yeni parlament islahatlar kursuna daha sistemli dəstək olacaq, dövlət idarəetməsində ictimai nəzarəti və vətəndaş iştirakçılığını daha da gücləndirəcəkdir. Burada həm yeni millət vəkilləri korpusunun formalaşdırılması, həm də institusional təkmilləşdirmələr üçün imkanlar yaranıb. Yeni parlamentin məhz dövlət idarəetmə islahatları çərçivəsində formalaşması qanunverici hakimiyyətin məsuliyyətini daha da artıracaqdır. “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə effektiv dövlət idarəetmə sistemi qurulub. Azərbaycan Dünya Bankının hesabladığı “Hökumətin səmərəliliyi” sub-indikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib. Belə ki, müqayisə olunan dövrdə Azərbaycan 7, Qazaxıstan 6, Özbəkistan 5, Gürcüstan 5 və Qırğızıstan 2 pillə irəliləyə bilib. Azərbaycan “Qlobal Rəqabətlilik hesabatı”nda 140 ölkənin arasında məhkəmənin müstəqilliyi meyarına görə 39-cu, hökumət tənzimlənməsinin yükü meyarına görə 3-cü, hökumətin siyasətin davamlılığını təmin etməsi meyarına görə 11-ci, hökumətin dəyişikliklərə reaksiyası meyarına görə 5-ci, hökumətin uzunmüddətli vizyonu meyarına görə 10-cu pillədə qərarlaşıb. ASAN, DOST, ABAD, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, Şəbəkə və s. xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxındır”, - deyə o vurğulayıb.
Biznes islahatlarının əhəmiyyətindən də danışan V.Qasımlının sözlərinə görə, 2019-cu ildə islahatlar nəticəsində tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, dövlət satınalmaları sahəsində bütün prosedurlar rəqəmsallaşıb: “Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə yaradılan yeni proqram “Mobil nömrə və FİN kod” vasitəsilə artıq ümumi qeydiyyat cəmi bir prosedurla, 20 dəqiqə ərzində taxes.gov.az saytında həyata keçirilə bilir. Proqram istifadəyə verildikdən sonra keçən ilin yekunu ilə müqayisədə 3677 daha çox hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da 30,8% artımdır. 2019-cu ildə “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə üçün 591 xarici ticarət iştirakçısı tərəfindən müraciət ünvanlanıb və onlardan 307-nə idxal, 198-nə isə ixrac əməliyyatları üzrə sistemdən istifadə hüququ verilib. Ümumilikdə, yeni qayda nəticəsində gömrük nəzarəti və rəsmiləşdirilməsinin daha operativ və şəffaf şəkildə tətbiq edilməsi imkanı yaradılıb. Vergi dərəcələrinin aşağı salınması, vergi inzibatçılığının təkmilləşdirilməsi, həmçinin “kölgə iqtisadiyyatı” ilə mübarizə sahəsində uğurlar əldə edilib. 2019-cu il ərzində vergi və gömrük orqanları vasitəsilə aparılan islahatlar nəticəsində dövlət büdcəsinə plandan əlavə təxminən 1 milyard manat vəsait daxil olub”.
Aparılan iqtisadi siyasət maliyyə-bank sektorunda vəziyyətin yaxşılaşmasına səbəb olub
V.Qasımlı onu da qeyd edib ki, başa vurmaqda olduğumuz ildə Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət maliyyə-bank sektorunda vəziyyətin yaxşılaşmasına səbəb olub. Bu il bankların kapital dayanıqlığı artıb, rəqəmsallaşma güclənib və prudensial idarəetməyə keçid təmin edilib. Ancaq bununla birlikdə bütün müsbət trendlər bank sektorunun real iqtisadiyyatı daha geniş miqyasda maliyyələşdirmək istiqamətindəki gözləntiləri də gücləndirir. Onun sözlərinə görə, bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Digər tərəfdən bankların balans kapitalı, əməliyyat mənfəəti və digər mənfəətlilik göstəriciləri üzrə müsbət dinamika müşahidə olunub. Bankların kredit qoyuluşu 11 faiz artıb. Bu il bank filial, şöbələrinin, nümayəndəlik, xidmət vasitələrinin sayı (məsələn, ATM), həmçinin sektorda işçi sayının əsaslı dərəcədə artdığının şahidi olduq. Belə ki, sektorda işçi sayı təkcə il ərzində 10 faizlik rekord artım nümayiş etdirdi. İcraçı direktor söyləyib ki, geniş spektrdə aparılan sanasiya tədbirləri, toksik aktivlərin kredit portfelindəki xüsusi çəkisinin azaldılması, bank sistemində riskəsaslı idarəetmə konsepsiyasının təşviq edilməsi nəticəsində il ərzində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi rekord həcmdə - 2,6 faiz azalıb və beləliklə, kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib.
Daha sonra Vüsal Qasımlı jurnalistlərin suallarını cavablandırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33

