Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın namizədi Hadi Rəcəbli Lənkəranda gənclərlə görüşüb

YAP-ın namizədi Hadi Rəcəbli Lənkəranda gənclərlə görüşüb

25.01.2020 [11:02]

Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 74 saylı Lənkəran kənd seçki dairəsindən irəli sürülmüş Hadi Rəcəbli Lənkəranda gənclərlə görüşüb. Görüşdə Hadi Rəcəblinin tərcümeyi-halı, fəaliyyəti ilə bağlı kiçikhəcmli video materiallar nümayiş olunduqdan sonra YAP-ın namizədi ölkəmizdə gedən sosial-iqtisadi proseslər, gənclər siyasəti ilə bağlı görülən işlər və perspektivlər barədə gənclərə ətraflı məlumat verib.
Çıxış edən gənclər onları düşündürən bir sıra məsələlərlə bağlı Hadi Rəcəbliyə suallar ünvanlayıb, maraqlı fikir mübadiləsi aparılıb. Gənclər həmçinin seçkilərdə YAP-ın namizədi Hadi Rəcəbliyə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, YAP-ın namizədi Hadi Rəcəbli Lənkəranda Girdəni kəndində yaşayan el ağsaqqalı, tanınmış ictimaiyyətçi pedaqoq, I qrup əlil Bağırov Tərlan Əhədulla oğlunu evində ziyarət edib. Səmimi keçən görüşdə H.Rəcəbli ailənin problemləri ilə maraqlanıb.

Paylaş:
Baxılıb: 673 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30