Deputatlığa namizəd İlham Məmmədov Yevlax rayonunun səhiyyə işçiləri ilə görüşüb
01.02.2020 [11:08]
Yeni Azərbaycan Partiyasının 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədi İlham Məmmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Deputatlığa namizədin növbəti görüşü isə Yevlaxın səhiyyə işçiləri ilə olub.
Bəşir Səfəroğlu adına Xalq Teatrının binasında keçirilən görüşü giriş sözü ilə açan seçki qərargahının sədri Vaqif Əliyev İlham Məmmədovun 15 il ərzində gördüyü işlərdən danışıb. O qeyd edib ki, “Daha güclü Azərbaycan naminə!” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədi İlham Məmmədov təbliğat-təşviqat kampaniyası başlayan gündən mütəmadi olaraq hər gün seçicilərlə fərdi və kütləvi görüşlər keçirir.
Görüşdə çıxış edən İlham Məmmədov öncə ona göstərilən yüksək etimada görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkürünü bildirib. Çıxışına davam edən deputatlığa namizəd ölkəmizdə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində uğurların əldə edildiyini bildirib: “Bu uğurların davamlı olması üçün Yevlaxın səhiyyə işçilərinin fevralın 9-da YAP-ın namizədinə səs verəcəyinə əminəm”.
Daha sonra söz alan səhiyyə işçiləri - Yevlax şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Nurəddin Əhmədov, Əməkdar həkimlər Zemfira Məmmədova, Tünzalə Şabanova, həkimlər Niyaz Hüseynov, İlhami Quliyev bildiriblər ki, İlham Məmmədovun yenidən deputatlığa namizədliyinin irəli sürülməsi yevlaxlılar tərəfindən böyük rəğbətlə qarşılanıb. “İlham Məmmədov hər zaman bizim Milli Məclisdə səsimiz olub və inanırıq ki, bundan sonra da seçicilərin etimadını doğruldacaq”, - deyən çıxışçılar fevralın 9-da keçiriləcək parlament seçkilərində yekdilliklə İlham Məmmədova səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

