Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Abşeronluların budəfəki seçimi də YAP-ın namizədi olacaq

Abşeronluların budəfəki seçimi də YAP-ın namizədi olacaq

04.02.2020 [10:04]

Yeni Azərbaycan Partiyasının (YAP) 45 saylı Abşeron seçki dairəsi üzrə namizədi Oqtay Əsədovun vəkilləri və səlahiyyətli nümayəndələri növbəti görüşlərini rayonun Mehdiabad qəsəbəsinin seçiciləri ilə keçiriblər.
Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Oqtay Əsədovun tərcümeyi-halı barədə seçiciləri məlumatlandırıb.
O, sonra deyib ki, hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün dinamik inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. Bilman Vəliyev daha sonra deyib ki, YAP yarandığı gündən yalnız bir məqsədə - Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına, xalqımızın rifahına xidmət edib. Ona görə də bu gün YAP Azərbaycan cəmiyyətinin dəstəklədiyi, etimad göstərdiyi yeganə siyasi partiyadır.
Sonra natiq görüş iştirakçılarını 9 fevral tarixində seçki məntəqələrinə gedərək öz seçici hüquqlarından istifadə etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Daha sonra Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, namizədin vəkili Rauf Tağıyev, qəsəbə sakini Əbülfət Nuriyev və İsrafil İsmayılov çıxış ediblər.

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30