Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın strukturları Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirusa qarşı mübarizəyə səfərbər edilib

YAP-ın strukturları Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirusa qarşı mübarizəyə səfərbər edilib

20.03.2020 [09:56]

Yeni Azərbaycan Partiyasının (YAP) strukturlarının koronavirusa qarşı mübarizədə Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq virusa yoluxma hallarının qarşısının alınması məqsədilə səfərbər edildiyi xəbər verilmişdir. Buna uyğun olaraq partiyanın bütün strukturlarına müvafiq tövsiyələr verilib. Bu sıraya ilk növbədə Operativ Qərargahın bütün qərar və tapşırıqlarının hər bir partiya üzvünün diqqətinə çatdırılması və onların icrasında şəxsi intizam göstərilməsi daxildir. Hər bir şəxs özünü virusa yoluxmadan qorumaqla koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına çox vacib fərdi töhfə verə bilər. Eyni zamanda, partiya üzvlərinə Operativ Qərargahın qərarlarının əhali arasında təbliğ edilməsi, tanışlarını, yaxınlarını və digər insanları virusa yoluxma hallarının qarşısının alınması məqsədilə mütəxəssis tövsiyələrinə əməl olunmasında şəxsi intizama və məsuliyyətə dəvət etmələri tövsiyə olunub. Habelə, yerli partiya təşkilatlarının virusa yoluxma hallarının qarşısının alınması məqsədilə ehtiyacı olan insanlara imkanları daxilində zəruri kömək və yardımın göstərilməsi tapşırığı verilib.

Paylaş:
Baxılıb: 699 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30