Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Könül İmanova: Ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlar Ermənistanı ciddi narahat edir

Könül İmanova: Ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlar Ermənistanı ciddi narahat edir

28.07.2020 [09:10]

“Dünyada koronovirus pandemiyasının tüğyan etdiyi ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti koronovirusla regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı. Qoşulmama Hərəkatının Sədri kimi cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə verilən böyük dəstək dövlətlərin Azərbaycana olan yüksək inamını ifadə edir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının əməkdaşı Könül İmanova deyib.
K.İmanova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, Prezidentə olan böyük etimadın, ehtiramın növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlətin işğalçı Ermənistan olması təəccüblü deyil. Çünki Azərbaycanın dünyada artan nüfuzu bir işğalçı ölkə olmaq etibarı ilə Ermənistanı narahat edir. Digər tərəfdən, bütün dünya COVID-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, dünyada özünü rüsvay etdi. Azərbaycan Prezidentinin təşəbbüsünün əleyhinə olmaqla, bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Bu da, demokrat libaslı, ağlında ancaq işğalçılıq planları olan Paşinyan hökumətinin diplomatik qərarsızlığın, manevr imkanlarının tükəndiyinin əlamətidir.
“Ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlar Ermənistanı ciddi narahat edir. İşğalçı ölkə son ümid yeri kimi sərhədboyu ərazilərdə təxribatlar törətməyi görür. Onların bu təxribatının da qarşısı qətiyyətlə alınıb və alınacaqdır”, - deyə K.İmanova qeyd edib.

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30