Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Vüsal Yusifov: Azərbaycan gəncliyi Ali Baş Komandanın ətrafında sıx birləşib

Vüsal Yusifov: Azərbaycan gəncliyi Ali Baş Komandanın ətrafında sıx birləşib

29.07.2020 [09:12]

“Ermənistanın hərbi birləşmələri tərəfindən dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən hərbi təxribat nəticəsində hərbçilərimiz və mülki vətəndaşımız həlak olub. Ordumuz tərəfindən düşmənə layiqli cavab verilib. İyulun 12-dən başlayaraq davam edən hərbi əməliyyatlarda Ermənistan böyük itki verməsinə baxmayaraq, öz xain və mənfur əməllərindən əl çəkməyib və təcavüzkar niyyətini nümayiş etdirib”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Vüsal Yusifov deyib.
V.Yusifov bildirib ki, bütün xalqımız, o cümlədən gənclərimiz Ali Baş Komandanın ətrafında sıx birləşib: “Sərhəd bölgəsində baş verən bu təxribatdan sonra ölkədə müşahidə edilən Ali Baş Komandan-xalq, xalq-ordu birliyi, milli ruh yüksəkliyi cəbhədə qazanılan uğurla birlikdə bizim üçün böyük qürur oldu. Xalqımızın birlik göstərməsi, Ali Baş Komandanın çağırışına daim hazır olduğunu bildirməsi ön cəbhədə vuruşan əsgərlərimiz üçün böyük ruh yüksəkliyidir”.
Onun sözlərinə görə, ruh yüksəkliyi təkcə cəbhə xəttində yox, paytaxt Bakı və digər bölgələrimizdə də özünü göstərir. Azərbaycan Prezidentinin çağırışından sonra on minlərlə vətəndaşımız yaşı və cinsindən asılı olmayaraq, könüllü olaraq ordu sıralarına yazılır: “Mən də ordu sıralarına yazılan gənclərdən biriyəm və düşünürəm ki, bu, bizim Vətən qarşısında borcumuzdur. Bütövlükdə isə, bütün bunlar bir daha vətəndaşların ölkə rəhbərinə inamının, dəstəyinin və düşmənə qarşı mübarizədə böyük birliyin olmasını nümayiş etdirir”.

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30