Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Allahverdi Haxverdiyev: Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tarixi müraciəti xüsusi əhəmiyyət daşıyır

Allahverdi Haxverdiyev: Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tarixi müraciəti xüsusi əhəmiyyət daşıyır

08.08.2020 [00:41]

“Ermənistanın tarixi siyasi terrorla, kütləvi qətllərlə, korrupsiya, quldurluq və digər ağır cinayətlərlə zəngin olan rüsvayçılıq tarixidir. Bu dövlətdə terror artıq dövlət siyasəti halına gəlib. Ermənilərin xaricdə yaşayan və ölkəmizin haqq səsini dünyaya çatdıran, dinc aksiyalar keçirən soydaşlarımıza qarşı törətdikləri bunu bir daha sübut edir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev deyib.

Onun sözlərinə görə, artıq böyük dövlətlər, beynəlxalq təşkilatlar erməni yalanlarına inanmır. Azərbaycan diasporasının düşmənə qarşı vahid mövqedən çıxış etməsi mənfur ermənilərin bu müstəvidə də məğlubiyyətini şərtləndirdi: “Hər zaman Azərbaycan cəmiyyətini narahat edən taleyüklü məsələlərə operativ və adekvat reaksiya verən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu məsələ ilə bağlı tarixi müraciəti xüsusi əhəmiyyət daşıyır. Xaricdə yaşayan hər bir azərbaycanlı bu çağırış və tövsiyələrə əməl etməli, təxribata uymamalıdır. Ermənilərin soydaşlarımıza qarşı hər zaman olduğu kimi vəhşilik və aqressiya nümayiş etdirməsi eyni zamanda, ermənilərin həqiqi mahiyyətini ifşa edir. Bu millətin bacardığı ən yaxşı iş terror və qətldir. Onlar dəfələrlə azərbaycanlılara qarşı bu bədnam əməlləri törədiblər. Ermənilərin bu vəhşiliyinə susqunluqla baxan və adını insan haqları təşkilatı qoyan bəzi qurumlar isə ikili standartlara son qoymalıdır. Ermənilərin işğalçı siyasətinin qurbanı olmuş bir milyona yaxın qaçqın və məcburi köçkün öz ata-bab yurdlarında yaşamaq hüququndan məhrum ediliblər. Bu təşkilatlar ölkəmizin ərazi bütövlüyünün təmini üçün işğalçı dövlətə təzyiq göstərməlidir”.

Paylaş:
Baxılıb: 540 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30