Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nəsimi rayon təşkilatında Tovuz döyüşlərində şəhid olmuş hərbçilərin xatirəsinə həsr olunmuş onlayn tədbir keçirilib

YAP Nəsimi rayon təşkilatında Tovuz döyüşlərində şəhid olmuş hərbçilərin xatirəsinə həsr olunmuş onlayn tədbir keçirilib

12.08.2020 [09:03]

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və təşkilatın Gənclər Birliyi iyul ayında işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindəki hərbi təxribatın qarşısını alarkən şəhid olmuş hərbçilərimizin xatirəsinə həsr edilmiş videoformatda anım tədbiri keçirib. Tədbirdə 70-dən çox gənc, o cümlədən şəhid polkovnik İlqar Mirzəyevin oğlu, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü Elvin Mirzəyev və Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının Qadınlar Şurasının üzvü Fatma Yıldırım iştirak edib.
Anım tədbirini YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq işğalçı Ermənistanın hər zaman təxribatlara əl atdığını bildirib. O qeyd edib ki, düşmən bu ilin iyul ayında da Tovuz rayonu istiqamətində hərbi təxribat törədib və bu təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb. M.İbrahimqızının sözlərinə görə, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmənə layiqli cavab verib. Rayon təşkilatının sədri deyib ki, nə qədər ki, ATƏT-in Minsk qrupu işğalçıya qarşı sərt addımlar atmayıb, Ermənistan belə təxrbatları davam etdirəcək. Əgər sülh prosesi nəticə verməsə, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək. M.İbrahimqızı Tovuz döyüşləri zamanı xalqımızın ordumuz və Ali Baş Komandanımızla güclü birlik nümayiş etdirdiyini diqqətə çatdırıb. O, xalqımızın Tovuz döyüşlərində şəhid olmuş hərbçilərimizin əziz xatirəsini böyük ehtiramla yad etdiyini söyləyib.
Millət vəkili Fatma Yıldırım çıxışında Tovuz döyüşlərində Azərbaycan Ordusunun düşmənə qarşı göstərdiyi şücaətdən bəhs edib və qəhrəman hərbçilərimizin Qarabağın azad olunma tarixinə şanlı səhifə yazdıqlarını qeyd edib.
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov isə şəhidlərimizin əbədi ölməzlik qazandıqlarını bildirib. O, gənclərin torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olduğunu söyləyib.
Tədbir YAP Nəsimi rayon təşkilatı tərəfindən Tovuz şəhidlərinin xatirəsinə həsr edilmiş xüsusi proqramla davam edib. Tovuz şəhidlərinin xatirəsinə həsr edilmiş videoçarx təqdim olunub. Həmçinin, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvləri Səddam Məmmədov şəhid Xəyyam Daşdəmirovun son nəfəsində anasına yazdığı məktubu, Mələk Qədirli isə YAP fəalı Rəna Süleymanlının şəhid polkovnik İlqar Mirzəyevə həsr etdiyi şeiri səsləndirib.
Tədbirin sonunda şəhid polkovnik İlqar Mirzəyevin oğlu, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü Elvin Mirzəyev atasının qəhrəmanlığından, onun Vətən, dövlət və millət sevgisindən danışıb. O, xalqımızın və dövlətimizin Tovuz şəhidlərinin xatirəsinə göstərdiyi yüksək ehtirama görə minnətdarlığını ifadə edib.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 589 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30