YAP Qaradağ rayon təşkilatının yaradılmasının 17 illiyi qeyd olunub
12.03.2010 [09:52]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının yaradılmasının 17-ci ili tamam olub. Dünən rayon təşkilatı bu münasibətlə tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Sonra tədbir rayon mədəniyyət sarayında davam etdirilib.
Təşkilatın sədri, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov partiya üzvlərini ildönümü münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. A.Hüseynov bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın təsis yığıncağı keçiriləndən sonra bölgələrdə onun yerli strukturları formalaşdırılmağa başlayıb. Onun sözlərinə görə, təşkilatın sıralarının artmasının ciddi səbəbləri var: “Müqayisəolunmaz faktdır ki, YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir, inanır. Onu da vurğulamalıyıq ki, partiyamız da gördüyü işlərlə, üzərinə götürdüyü missiya ilə xalqın inamını doğruldub. Yeni Azərbaycan Partiyası Azərbaycanın və ümumiyyətlə, regionun ən böyük və güclü siyasi partiyası kimi daim inkişaf edir, müasir dünyanın təcrübələrini mənimsəyir”.
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu YAP-ın böyük nailiyyətlər əldə etdiyini bildirib, dövlətçiliyin möhkəmləndirilməsində və Azərbaycanın regionda lider dövlətə çevrilməsində Ulu öndərin xidmətlərindən danışıb. Bildirilib ki, hər zaman xalqın rifahını nəzərə alaraq, çoxsaylı dövlət əhəmiyyətli proqramlar irəli sürən YAP xalqın yüksək etimadını qazanıb, 500 mindən çox üzvü ilə regionun ən güclü siyasi partiyasına çevrilib.
A.Hüseynov qeyd edib ki, 122 ilk təşkilatda 10 minə yaxın üzvü birləşdirən YAP Qaradağ rayon təşkilatı partiyanın proqram vəzifələrinin həyata keçirilməsində, ölkəmizin sosial-iqtisadi inkişafında fəal iştirak edir. öz fəaliyyətində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsipləri rəhbər tutan təşkilat Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin həyata keçirilməsində yaxından iştirak edir.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 17 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Siyavuş Novruzov söyləyib ki, 17 il ərzində rayon təşkilatı böyük işlər görüb, çox hadisələrin şahidi olub: “Qeyd olunduğu kimi, kiçik bir otaqda yaradılmış YAP Qaradağ rayon təşkilatı qısa müddət ərzində sıralarını genişləndirərək, mütəşəkkil bir təşkilata çevrilib. Bu gün rayon təşkilatı öz sıralarında rayonun ictimai-siyasi həyatında aktiv iştirak edən 10 mindən artıq insanı birləşdirir. Əlbəttə ki, bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin ideyalarının dəstəklənməsinin göstəricisidir. Bu gün burada əyləşmiş bir çox insanlar ağır şəraitdə məsuliyyətli qərarlar qəbul edərək yaratdıqları bu rayon təşkilatının ölkəmizin inkişafı naminə nümayiş etdirdiyi fəaliyyətlə fəxr edə bilərlər”.
Siyavuş Novruzov söyləyib ki, YAP Qaradağ rayon təşkilatının digər rayon təşkilatlarından fərqləndirici cəhətləri də var: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz, Qaradağ rayonundan deputat seçilib, eyni zamanda, bir neçə qurultayda YAP Qaradağ rayon təşkilatı tərəfindən seçilmiş nümayəndə kimi, həmçinin, cənab Prezident İlham Əliyev sizlərlə birlikdə bu zalda YAP Qaradağ rayon təşkilatının tədbirlərində də iştirak edib”.
İcra katibinin müavini sonda tədbir iştirakçılarını bir daha təbrik edərək, onlara uğurlar arzulayıb.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə çıxış edərək, 17 yaşının tamam olması münasibətilə YAP Qaradağ rayon təşkilatının üzvlərini təbrik edib. O, qeyd edib ki, müstəqil dövlətimizin möhkəmləndirilməsində YAP fəallarının özünəməxsus rolu var: “Hazırda partiyamızın 500 mindən çox üzvü var. YAP nəinki bölgənin, eyni zamanda, dünyanın ən mütərəqqi, tanınmış siyasi partiyasıdır. Bu gün YAP bir çox ölkələrin nüfuzlu partiyaları ilə sıx əməkdaşlıq edir. Əldə edilən uğurlar YAP-ın nüfuzunu daha da artırır”.
Natiq bildirib ki, Ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edib: “ümummilli liderin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın əsasını qoymuşdur”.
Hazırda Azərbaycanın dünyada bənzəri olmayan sürətlə inkişaf etdiyini vurğulayan Süleyman Mikayılov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Digər çıxışçılar da xalqımızın YAP-ın Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bildiriblər.
Sonda icra başçısı rayon təşkilatının yaranmasının 17-ci ili münasibətilə YAP Qaradağ rayon təşkilatının fəallarını fəxri fərman və hədiyyələrlə mükafatlandırıb.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50

