Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyinin Ofisində qəbul imtahanlarında 700 bal toplamış gənclərlə görüş keçirilib

YAP Gənclər Birliyinin Ofisində qəbul imtahanlarında 700 bal toplamış gənclərlə görüş keçirilib

15.09.2020 [09:03]

Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Ofisində builki qəbul imtahanlarında ən yüksək nəticə göstərərək 700 bal toplamış gənclərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Ramin Məmmədov gəncləri qazandıqları böyük uğur münasibətilə təbrik edib. O,qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir.
R.Məmmədov bildirib ki, bu gün təhsilin bütün pillələrində yeni layihələrin, islahatların reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində insan kapitalının inkişafı mühüm yer tutur. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizdə gənclərin yüksək təhsil alması üçün bütün imkanlar yaradılıb. Qəbul imtahanlarında gənclərin yüksək nəticələr qazanması da bu reallığın ifadəsidir.
Yeni Azərbaycan Partiyasının da gəncliyin inkişafı üçün önəmli layihələr həyata keçirdiyini deyən R.Məmmədov partiyanın sıralarında intellektual gənclər ordusunun birləşdiyini diqqətə çatdırıb. O, partiyanın və onun Gənclər Birliyinin bütün gənclərlə əməkdaşlığa hazır olduğunu bildirərək “Sizlərə də partiyamız hər zaman dəstək verməyə hazırdır”, - deyə əlavə edib.
Görüşdə, həmçininYAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva və Gənclər Birliyinin ofis rəhbəri Elmar Məmmədov çıxış edərək gənclərə ali təhsillərində uğurlar arzulayıblar.
Öz növbəsində, qəbul imtahanlarında 700 bal toplamış Əziz Kərimli və Hüseyn Abdullayev belə bir uğurun qazanılmasının qürurverici olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, bu nailiyyətin əldə edilməsinin əsasında Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı dayanır.
700 bal toplamış gənclər gələcəkdə YAP sıralarına qoşulmaq və partiyanın Gənclər Birliyi ilə fəal əməkdaşlıq etmək niyyətlərini də ifadə ediblər.
Görüşün sonunda 700 bal toplamış gənclərə Yeni Azərbaycan Partiyası tərəfindən noutbuk hədiyyə edilib.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31