/ / YAP Ermənistanın cəbhəboyu təmas xəttində yeni hərbi təxribatları ilə əlaqədar beynəlxalq siyasi partiya təşkilatlarına müraciət ünvanlayıb
YAP Ermənistanın cəbhəboyu təmas xəttində yeni hərbi təxribatları ilə əlaqədar beynəlxalq siyasi partiya təşkilatlarına müraciət ünvanlayıb
30.09.2020 [08:49]
Yeni Azərbaycan Partiyası (YAP) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı və Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı apardığı mübarizə ilə əlaqədar beynəlxalq siyasi partiya təşkilatlarına və tərəfdaş siyasi partiyalara müraciət ünvanlayıb. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Müraciətdə deyilir: “Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri hücum edərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Ermənistan ordusu tərəfindən Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki Azərbaycan əhalisi arasında həlak olan və yaralananlar var, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Ermənistanın bu növbəti təxribatının qarşısını almaq, mülki əhalini qorumaq üçün Azərbaycan Ordusu cəbhə boyunca əks-hücum əməliyyatına başlamışdır”.
YAP-ın müraciətində daha sonra qeyd olunur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ zonasında 1994-cü ildən etibarən atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, işğalçı tərəf mütəmadi olaraq cəbhə xəttində və sərhəd bölgələrində Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini hədəfə alan təxribatlar törətməkdədir. Ermənistan bu ilin iyul ayında Azərbaycanın münaqişə zonasına aid olmayan Tovuz rayonu istiqamətində sərhəd boyu qanlı toqquşma törətmiş, avqustda isə digər bir sərhəd rayonu olan Goranboyda kəşfiyyat-diversiya əməliyyatı həyata keçirməyə cəhd etmişdir. Bütün bunlarla kifayətlənməyən Ermənistan rəhbərliyi beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğal edilmiş ərazilərdə qeyri-qanuni şəkildə məskunlaşdırma aparır.
“Ermənistan rəhbərliyi bu cür təxribatlarla ölkə əhalisinin diqqətini hökumətin yarıtmaz daxili və xarici siyasətinin nəticələrindən, dərinləşməkdə olan sosial-iqtisadi və siyasi böhrandan, pandemiya ilə uğursuz mübarizədən və digər problemlərdən yayındırmağa çalışır. Sarkisyanın xunta rejiminin səhvlərindən nəticə çıxarmayan Paşinyanın diktatura hökuməti işğalçı siyasəti davam etdirmək və genişləndirməklə təkcə Ermənistanın vəziyyətini daha da çətinləşdirmir, həm də bütün regionda sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu BMT Təhlükəsizlik Şurasının və bir çox digər beynəlxalq təşkilatların qətnamələrinə zidd olaraq 30 ilə yaxındır ki, işğal altında saxlayan, bir milyon insanın tərk etməyə məcbur olduğu doğma yurd-yuvasına qayıtmasına imkan verməyən işğalçı Ermənistanın törətdiyi son təxribatlar, yaşayış məntəqələrinin atəşə tutulması beynəlxalq hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması deməkdir”, - deyə müraciətdə bildirilir.
YAP beynəlxalq ictimaiyyətə müraciətində daha sonra qeyd edir ki, vəziyyətin daha da gərginləşməsi, qanlı toqquşmaların yenilənməsi həm də bu illər ərzində aparıcı beynəlxalq təşkilatların, eləcə də münaqişənin tənzimlənməsi ilə məşğul olmalı olan ATƏT-in Minsk qrupunun passivliyinin, Ermənistanın işğalçı, təcavüzkar siyasətindən əl çəkməsi üçün lazımi təzyiq göstərməməsinin nəticəsidir.
Azərbaycanın öz ərazilərini və əhalisini müdafiə etmək hüququ vardır. Beynəlxalq təşkilatlar münaqişənin tezliklə həllini tapması üçün işğala son qoyulmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına, bir milyon məcburi köçkünün öz torpaqlarına qayıtmasına dəstək göstərməlidir. Yaşadığımız XXI əsrdə dövlətlərin BMT tərəfindən tanınan sərhədlərinin zor tətbiq etməklə dəyişdirilməsinə, təcavüzə, işğala, etnik təmizləmələrə, işğal altında olan ərazilərin qeyri-qanuni məskunlaşmasına yer ola bilməz və olmamalıdır.
“Yeni Azərbaycan Partiyası tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını Azərbaycanın ərazi bütövlüyünün və əhalisinin təhlükəsizliyinin təmin olunması istiqamətində mübarizəsini və beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini dəstəkləməyə, 30 ildir davam edən Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləməyə, işğalın aradan qaldırılması, beynəlxalq hüququn və ədalətin bərqərar olunması naminə lazımi addımları atmağa çağırır”, - deyə müraciətdə vurğulanır.
Müraciət Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına (İCAPP), Mərkəzçi Demokrat İnternasionalına, Türkiyənin Ədalət və İnkişaf Partiyasına, Rusiyanın “Vahid Rusiya” (“Edinaə Rossiə”) Partiyasına, “İsrail bizim evimizdir” partiyasına, Çin Kommunist Partiyasına, Yaponiya Liberal-Demokrat Partiyasına, Vyetnam Kommunist Partiyasına, Qazaxıstanın “Nur Otan” Partiyasına, Macarıstanın “FİDESZ” Partiyasına, eləcə də Pakistanın, Cənubi Koreyanın, Malayziyanın, Banqladeşin, Laosun, İndoneziyanın, Rumıniyanın, Bolqarıstanın, Serbiyanın və digər ölkələrin hakim siyasi partiyalarına və beynəlxalq təşkilatlara ünvanlanıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

