Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sumqayıt şəhər təşkilatında videokonfrans təşkil olunub

YAP Sumqayıt şəhər təşkilatında videokonfrans təşkil olunub

25.12.2020 [09:32]

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında “Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan-İlham Əliyev” mövzusunda videokonfrans təşkil olunub. Videokonfransda çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycan dövlətinin hərtərəfli inkişafındakı rolundan bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa zamanda yerləşdiyi regionun lider dövlətinə çevrilən Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi böyük tarixi hadisədir: “ Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasət kursu dünya ictimaiyyətinin əsl həqiqətlərlə tanış olmasını, erməni yalanlarının iflasa uğramasını təmin etdi. Vətən mhüharibəsində cənab Prezidentin nüfuzlu nəşrlərə müsahibələrində təmkinli, çevik və arqumentlərə söykənən fikirləri Azərbaycanın haqlı mövqeyini daha da gücləndirdi.
Tədbirdə çıxış edən millət vəkili Müşfiq Məmmədli Prezident İlham Əliyevin siyasətinin uğurlarından bəhs edib. Çıxış edən digər natiqlər də son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən, dövlət başçısının təşəbbüsü nəticəsində regionda həyata keçirilən qlobal miqyaslı layihələrdən danışıblar.
PƏRVİZ

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31