Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Bərdə rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində görüşlərini davam etdirir

YAP Bərdə rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində görüşlərini davam etdirir

17.02.2021 [09:06]

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində görüşlərini davam etdirir.
Aksiya çərçivəsində YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilatın bir qrup fəal üzvü Vətən müharibəsində şəhid olmuş rayonun Dəymədağıldı kəndindən olan Elyaz Vəli oğlu Qarayevin ailəsini ziyarət ediblər.
Elyaz Qarayev Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə iştirak edib və Qubadlının azad edilməsi əməliyyatında qəhrəmancasına şəhid olub.
Şəhidin ailəsi böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlıq ediblər. Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub.

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31