/ / YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda tədbir keçirilib
YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda tədbir keçirilib
12.06.2021 [09:37]
İyunun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının və təşkilatın Gənclər Birliyinin birgə təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. O, 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətin - Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.
T.Tağıyev, həmçinin Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib. Ötən il Vətən müharibəsində əldə edilən tarixi Zəfərimizin məhz Ulu Öndərin müəyyənləşdirdiyi siyasi yolun davam etməsinin nəticəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Qəhrəman Şahlar Şükürovun bacısı, 39 saylı orta məktəbin direktoru Tahirə Şükürova, YAP Nərimanov rayon təşkilatı SOCAR ƏİPT-nin sədri Ağaəli Hüseynov çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyulub. Ulu Öndərin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter alıb, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması və digər istiqamətlərdə böyük işlər görülüb.
Qeyd olunub ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, eyni zamanda, ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, xalqımızın sosial rifah halı günbəgün yaxşılaşır. Bununla yanaşı, Azərbaycan Heydər Əliyev yolunun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti və Ordumuzun qüdrəti nəticəsində işğal altında olan torpaqlarımızı azad etməklə böyük tarixi Zəfərə imza atıb.
Tədbirdə, həmçinin YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova, Bakı Humanitar Kollecinin müəllimi, tarixçi Rasim Rzaxanov, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi, təşkilatın GB-nin sədr müavini Vüsal Əliyev, Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri, təşkilatın GB-nin sədr müavini Tamerlan Əkbərov da çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

