YAP-ın seçkilərdə qazandığı qələbələrin təməlində xalqın etimadı və sevgisi dayanır
24.10.2010 [11:26]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılovun seçicilərlə görüşü keçirilib. Görüşdə çıxış edən partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndəsi, YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov qarşıdan gələn Milli Məclisə seçkilərlə bağlı məlumat verib. Ə.Hüseynov bildirib ki, bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır. ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilir: “Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyev və rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası hər zaman xalqının yanında yer alıb. O cümlədən, bu gün partiyamızın namizədi qismində bu görüşdə iştirak edən İmamverdi İsmayılov da Zəngilan və Qubadlı rayonlarını 3 çağırış parlamentimizdə layiqincə təmsil edib. Yeni Azərbaycan Partiyası İmamverdi müəllimin xalq qarşısında, deputatı olduğu rayonların qarşısında götürdüyü məsuliyyəti yüksək səviyyədə yerinə yetirdiyi üçün dördüncü dəfə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Mən inanıram ki, qədirbilən Zəngilan və Qubadlı ictimaiyyəti hər zaman olduğu kimi, bu seçkilərdə də öz elinin oğlunu dəstəkləyəcək və dördüncü çağırış Milli Məclisdə öz vəkilliyini İmamverdi İsmayılova etibar edəcək”.
çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri, partiyanın səlahiyyətli nümayəndəsi Allahverdi Haqverdiyev də bildirib ki, ölkəmizdə aparılan abadlıq-qurucuq, müasirləşmə işləri qaçqın və məcburi köçkünlərin həyatında özünü yüksək səviyyədə büruzə verib: “İmamverdi İsmayılovu seçicilərinə tanıtmağa ehtiyac duymuram. çünki İmamverdi müəllim deputat olduğu 15 illik dövrün hər gününü, hər saatını zəngilanlıların, qubadlıların arasında keçirib. İmamverdi İsmayılov əsl vətənpərvər, sadə bir insandır. Gözəl ziyalı, istedadlı yazıçıdır. 15 illik deputatlığı dövründə ona problemləri ilə bağlı müraciət edən bütün seçicilərinin dərdlərinə çarə tapmağa səy göstərib və nail olub. Mən əminəm ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçiciləri noyabrın 7-də bir nəfər kimi seçki məntəqələrinə gələrək İmamverdi İsmayılova səs verəcəklər”.
Deputatlığa namizədin vəkili Cəmil Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən İmamverdi İsmayılovun namizədliyini irəli sürüb: “Seçmək isə xalqın məsuliyyətidir. Mən ona görə xalqın məsuliyyətidir dedim ki, biz səsimizi verəndə bilməliyik ki, kimə və nə üçün veririk. Əgər həmin şəxs öz fəaliyyəti ilə bu etimadı doğrultmayacaqsa, demək ona verilən səslər boşuna gedib. Amma ötən 15 ildə biz əmin olduq ki, bizim səsimiz problemlərimizin həllinə verilib. Bizim səsimiz rayonlarımızın parlamentdə layiqincə təmsil olunmasına verilib. İmamverdi müəllim Azərbaycanın bütün regionlarında yaşayan Zəngilan və Qubadlıdan olan qaçqın və məcburi köçkünlərin problemləri ilə yaxından tanış olur, onların həlli istiqmətində addımlar atır. Mən üzümü tutub deyirəm ki, 125 saylı dairənin seçiciləri, noyabrın 7-də İmamverdi müəllimə səs verməklə bir daha öz problemlərinin həllini dəstəkləmiş olacaqlar”.
çıxış edən İ.İsmayılovun vəkili çərkəz Məmmədov da bildirib ki, millət vəkili seçildiyi regionu tanımalı, onun dərdlərini hiss etməlidir: “İmamverdi müəllim belə bir insandır. Bu gün bütün Zəngilan və Qubadlı ailələrində İmamverdi müəllimi tanıyırlar, ona hörmət edirlər. çünki İmamverdi İsmayılov bu 15 ildə həmin ailələri bir-bir gəzib, onların problemlərini dinləyib, müraciətlərinə cavab verib. Mən də həmkarlarım kimi üzümü seçicilərə tutub bildirirəm ki, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədi İmamverdi İsmayılovu dəstəkləmək bizim hər birimizin mənəvi borcumuzdur. çünki İmamverdi İsmayılov gördüyü işlərlə bu etimadı qazanıb. Fikrimcə, bu gün tədbirimizin belə izdihamlı keçməsi bir daha göstərir ki, noyabrın 7-də Zəngilan və Qubadlı seçiciləri onu İmamverdi İsmayılova etimad göstərəcəklər”.
çıxış edən Yeni Azərbaycan Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılov ilk növbədə ona etimad göstərərək yenidən parlament üzvlüyünə namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. Ulu öndər Heydər Əliyev siyasətinin əsgəri kimi hər zaman dövlətçiliyin keşiyində dayandığını, ölkəmizin maraqlarını qoruduğunu söyləyən İ.İsmayılov ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsinin xalqın iqtidara olan inamını daha da möhkəmləndirdiyini deyib. İ.İsmaylov qeyd edib ki, bütün qazanılan nailiyyətlər Azərbaycan Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub: “Azərbaycanın inkişafının əsasında xalqımızın Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi qiymət, məhəbbət dayanır. ölkəmizdə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi istiqamətində görülən mühüm sosial tədbirlər gücləndirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət bütövlükdə Azərbaycan xalqı, ictimaiyyət tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir. Məhz bu səbəbdəndir ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərirlər. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır”.
İ.İsmayılov bildirib ki, təmsil etdiyi YAP seçkilərə “Güclü dövlət, yüksək rifah” şüarı ilə qatılır. Patiyanın irəli sürdüyü namizədlər isə cəmiyyət tərəfindən tanınan, qiymətləndirilən ziyalılardır: “Partiyamız öz sıralarında, həm də namizədləri siyahısında cəmiyyətdə kifayət qədər nüfuza, intellektual potensiala malik olan və Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi istiqamətində çox önəmli işlər görmüş nümayəndələri birləşdirir. Bu faktor vətəndaşların YAP-a olan inamını daha da artırır. Yeni Azərbaycan Partiyası hər zaman dövlətçiliyimizin inkişafına xidmət göstərib. Məhz bunun nəticəsidir ki, xalqımız bütün seçkilərdə partiyamızın namizədlərinə böyük etimad nümayiş etdirirlər. 1993-cü ildə öz yurd-yuvalarından didərgin düşmüş insanlar Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində sosial problemlərini həll edə, o çətin durumdan xilas ola bildilər. Mən ötən on beş il müddətində hər zaman təmsil etdiyim rayonların insanları ilə görüşmüşəm, bu gün də onlarla təmasım mövcuddur, onların problemləri ilə maraqlanıram. Dövlətimizin, hörmətli Prezidentimizin qayğısı, diqqəti nəticəsində bu gün bütün qaçqın və məcburi köçkünlərin həyat şəraiti yüksəlib. Dövlətimizin qayğısı nəticəsində çadır şəhərcikləri ləğv olunub. Mən inanıram ki, Prezident İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verəcək və torpaqlarımız işğaldan azad olunacaq, sizlər öz yurd-yuvanıza qayıdacaqsınız. Mən inanıram ki, gələn parlament seçkilərində buraya toplaşan insanlar öz rayonlarında seçki məntəqələrinə gedib səs verə biləcəklər”.
İmamverdi İsmayılov bütün seçiciləri seçkiyə qatılmağa çağırıb və layiqli bildikləri namizədi dəstəkləmələrini xahiş edib. Namizəd deyib ki, yurd-yuvasından qaçqın düşmüş vətəndaşlarımız sosial həyatının yüksəldilməsi istiqamətində görülən işlərin davam etdirilməsini istəyirlərsə, dövlətçiliyimizin keşiyində dayanan YAP-ın namizədlərinə səs verməlidirlər. Daha sonra tədbir seçicilərin çıxışları ilə davam etdirilib.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22

