Azərbaycanın Avropanın aparıcı enerji təminatçısı olması özünü kifayət qədər sübuta yetirib
06.09.2022 [16:03]
Bu gün Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri getdikcə genişlənir və inkişaf edir. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, aparılan danışıqlar, keçirilən mühüm görüşlərdə səslənən fikirlər də bunun bariz nümunəsidir.
Bu işgüzar səfərin məqsədi ölkə rəhbərinin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair imzalanmış Birgə Bəyannamənin icrası prosesində bir sıra istiqamətlər üzrə cari məsələlərin müzakirəsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticələrə yönəlmiş sonrakı addımların müəyyən edilməsi olmuşdur. Səfər çox mühüm tarixi hadisələrlə yadda qalmış, Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı olmuş, binada ilk tədbir İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi olmuşdur. Həmçinin sentyabrın 2-də Prezident İlham Əliyevin xüsusi qonaq qismində İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, eləcə də Prezidentin "Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu" mövzusunda çıxışı çox böyük marağa səbəb olmuşdur.
Dünyanın beyin mərkəzləri ilə bağlı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan "The European House - Ambrosetti" İtaliya və Avropa üçün yüksək potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.
Foruma xüsusi qonaq kimi dəvət edilən Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi qüdrətindən söz açaraq həyata keçirdiyi mühüm qlobal miqyaslı layihələri diqqətə çatdırmaqla ölkəmizin Avropa üçün xüsusi əhəmiyyətini vurğulaması, bir sıra sahələri əks etdirən mühüm kontekstlərə toxunmaqla ölkəmizin Avropadakı və dünyadakı rolunu forum iştirakçılarına çatdırması qürurverici olmaqla mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda Prezident İlham Əliyev ilk olaraq İtaliyanın Azərbaycana səfər edən ilk prezidenti Sercio Mattarellanın dörd il əvvəl, 2018-ci ilin iyul ayında ölkəmizə etdiyi rəsmi səfəri xatırlayaraq imzalanan sənədlərin əhəmiyyətini dəyərləndirməsi xüsusi önəm daşıyır. Bu işgüzar səfər zamanı ikitərəfli gündəliyə yeni və çox mühüm məsələlər əlavə edilib ki, bunlardan biri də təhsil sahəsidir. Keçirilən görüşlər zamanı təkcə enerji məsələləri, iqtisadi inkişafla bağlı deyil, həmçinin təhsil məsələlərinə dair müzakirələr aparılıb və əməkdaşlıq sahələrinin genişləndiyi vurğulanıb. Azərbaycanın Avropanın enerji təminatçısı kimi rolunu dəyərləndirən Prezident İlham Əliyev illər öncə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı çətin dövrlərdə Avropa bazarlarına çıxmağa nail olduğunu, açıq dənizə çıxışı olmayan bir ölkənin Avropa və dünya bazarına çıxmasının məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində reallığa çevrildiyini bildirmişdir. 1994-cü ildə Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən Azərbaycan strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkməklə dünya bazarına enerji tədarükünü şaxələndirdi və Avropanın enerji xəritəsini dəyişdirməyi bacardı. Bu gün Azərbaycanın həyata keçirdiyi qlobal-miqyaslı layihələr ölkəmizə siyasi və iqtisadi dividendlər gətirməkdədir. Bu sahədə də ilk əməkdaşlıq məhz İtaliya ilə qurulub və artıq ölkəmiz uzun illərdir İtaliyanın ən böyük neft təchizatçısı kimi tanınmaqdadır. Azərbaycan İtaliyaya neft tədarükünə görə birinci, qaz tədarükünə görə isə üçüncü yerdədir. "Cənub qaz dəhlizi" və onun tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri ikitərəfli enerji əməkdaşlığının və İtaliyanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm amildir.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın qaz ethiyatlarından söz açaraq bu il qazın həcminin daha da artırılması və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac edilməsinin planlaşdırıldığını vurğulamışdır.
Göründüyü kimi, Azərbaycanın Avropanın aparıcı enerji təminatçısı olması artıq özünü kifayət qədər sübuta yetirib və bu amil həm də belə nəticəyə gəlməyə zəmin yaradıb ki, məhz Avropa bazarından dünya bazarına çıxmaq imkanlarına malik olan ölkəmiz qarşıdakı illərdə həmin planlarını realizə etmək gücündədir.
Forumdakı çıxışı zamanı İlham Əliyev Azərbaycanın enerji strategiyasının ikinci mərhələsinin nəhəng qaz yataqlarının işlənməsi olduğunu və artıq ölkəmizin təsdiqlənmiş qaz ehtiyatının 2,6 trilyon kubmetr olduğunu iştirakçıların diqqətinə çatdıraraq bildirmişdir ki, son dövrdə Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən mövcud qaz təchizatının artırılması və ya qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsi Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. Bir çox layihə mövcuddur ki, bunlardan biri də tikintisi yekunlaşmaqda olan Yunanıstan-Bolqarıstan İnterkonnektorudur. Buna bənzər digər layihə İonik-Adriatik boru kəməridir. Bu kəmərlə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək. Bir sözlə, Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin böyük əksəriyyətinin enerji təchizatçısına çevrilməkdədir. Keçən ay Azərbaycanla Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması isə Azərbaycanın enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addım hesab olunur. Prezident İlham Əliyev bu memorandumun enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynadığını da vurğulayaraq bəyan etmişdir ki, Azərbaycan məhz bu sənədə əsaslanaraq Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır və ölkəmizin potensial qaz ehtiyatları bu planı reallaşdırmağa imkan verir.
Ən əsası isə Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri bir sıra önəmli hadisələrlə yadda qalması ilə yanaşı, Prezident İlham Əliyevin Avropa məkanı üçün əhəmiyyət kəsb edən mühüm bəyanatları və çıxışları beynəlxalq aləmin diqqətini cəlb etməklə, Azərbaycanın Cənubi Qafqazdakı nüfuzunu və rolunu bir daha dünyaya nümayiş etdirdi.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

