Dəyişməyən prinsiplər, diplomatik uğurlar
06.09.2022 [16:56]
Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Sercio Mattarellanın dəvəti ilə İtaliyaya işgüzar səfəri baş tutdu. Bu səfər ölkəmizin İtaliya və Qərb üçün əhəmiyyətini nümayiş etdirir. Bu gün İtaliya Azərbaycanın inkişafını görür, ölkəmizin dünyada yüksələn siyasi, iqtisadi, humanitar dəyərə çevrilməsinin fərqindədir. Bundan əlavə, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi İtaliyanın xarici siyasətinin prioritetlərindəndir.
Azərbaycan Qərbin enerji təhlükəsizliyi və iqtisadi siyasətində önəmli mövqedə dayanır. Bu fikirlər Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı bir daha isbatlandı. Dövlət başçısının İtaliyaya səfəri çərçivəsində iki ölkə arasında təkcə siyasi deyil, mədəni və digər sahələrdə də əlaqələrin daha dərin inteqrasiyası nəzərdə tutuldu.
İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticari tərəfdaşıdır. Bu ölkə ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli əlaqələrdə də ölkəmizin sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Bu gün Azərbaycanın Aİ ilə əlaqələrinin möhkəmlənməsində İtaliya dəfələrlə öz mövqeyini ifadə edib.
Dövlət başçısı İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri ümumilikdə Azərbaycanın tarixi Zəfərdən sonra regionda və dünyada yaratdığı yeni reallıqların qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir. Postmünaqişə dövründə reallaşan bu kimi səfərlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərək qalib ölkə kimi nüfuz qazanmasına dəstəyin aydın ifadəsidir. Həmçinin qalib ölkənin Prezidenti kimi bu səfərləri reallaşdıran dövlət başçısı İlham Əliyev beynəlxalq səviyyəli tədbirlərdə yeni reallıqların müəllifi, yaradıcısı kimi çıxış edir, Azərbaycanın xarici siyasətində dəyişməyən prinsipləri diqqətə çatdırır. Bu, Azərbaycanın böyük diplomatik uğurudur.
Prezident İlham Əliyev, həmçinin səfər çərçivəsində keçirdiyi görüşlərdə, eyni zamanda, Forumdakı çıxışında işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensial imkanlardan bəhs etdi. Enerji strategiyamızın hazırkı mərhələsi bərpa olunan enerji mənbələrinə sərmayələrin qoyulmasıdır. Dövlətimizin başçısı Forumdakı çıxışında bu rəqəmi də açıqladı ki, azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliyi və Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq Azərbaycana investisiya yatırır. Onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək, ixrac potensialımızı gücləndirəcək.
Prezident İlham Əliyevin söylədiyi kimi, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu savaşın sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır. Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşan siyasət yürüdərək, artıq sabit siyasi və iqtisadi mövqeyə yiyələnib ki, bu da xarici ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətləri qurmaq imkanı verir.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25

