Radikal müxalifətin apardığı çirkin kampaniya xalqa və dövlətə xəyanətdir
16.09.2022 [18:27]
12 sentyabr 2022-ci il tarixdə gecə saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan–Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatlar bu ölkənin hərbi-siyasi rəhbərliyinin təcavüzkarlıq məqsədlərindən əl çəkmədiyini bir daha sübut edir. Sərhəddə insan tələfatı ilə nəticələnən təcavüz, Azərbaycan–Rusiya–Ermənistan rəhbərləri arasında10 noyabr 2020-ci il və 9 yanvar 2021-ci il tarixlərində imzalanmış bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşlərin ruhuna tamamilə ziddir və bilavasitə planlaşdırılan sülh müqaviləsinin imzalanmasının yubanmasına xidmət edir.
Son günlər sistemli şəkildə törədilən təxribatlar, atəşkəsin pozulması, erməni diversiya qruplarının Azərbaycanın ərazilərinə keçmək cəhdi, ərazilərin minalanması, Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi təzadlı bəyanatlar, eyni zamanda böhtan, şantaj kampaniyası işğalçı dövlətin yenidən ərazilərimizi ələ keçirmək məqsədində olduğunu göstərir. Sentyabrın 12-13-də, eləcə də 14-də baş verən hadisələr, təxribat xarakterli əməllər buna aydın nümunədir. Əlbəttə, bütün hallarda düşmən layiqli cavabını aldı və yüzlərlə canlı itki verdi, təcavüzkarın mövqeləri, postları, qurğuları, texnikaları sıradan çıxarıldı.
Məlum olduğu kimi, ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar müdafiə xarakterlidir və Azərbaycan öz ərazilərini müdafiə etməyə borcludur. Ancaq erməni tərəfi yaydığı dezinformasiyalarla yenə də beynəlxalq aləmi çaşdırmaq fikrindədir. Ermənistan rəhbərləri, bu məqsədlə 44 günlük müharibə dövründə olduğu kimi, yenə də xarici dövlətlərə kömək üçün yalvarmaqdadırlar. Ermənistan hakimiyyətinin yaydığı yalan məlumatların, təbii ki, heç bir əsası yoxdur və ola da bilməz. Çünki Azərbaycan Ordusu ərazi bütövlüyünün qorunması, torpaqlarının müdafiəsi iləməşğuldur. Bu BMT-nin nizamnaməsinə, beynəlxalq hüquq normalarına tamamilə uyğundur və Azərbaycanı bu yoldan heç bir qüvvə döndərə bilməz. Şübhəsiz, Azərbaycan xalqı şəhid qəhrəman oğulları, qaziləri ilə həmişə fəxr edir və nə qədər şəhid versə də, torpaqlarımızı düşməndən qorumağa, bayrağımızı göylərə ucaltmağa, Ali Baş Komandanın əmr vətapşırıqlarını yerinə yetirməyə davam edəcək.
Buna baxmayaraq, Azərbaycanda radikal müxalifət ünsürləri indiki həssas məqamda xaricdə ermənipərəst dairələrdən aldıqları tapşırıq əsasında ölkəmizə qarşı çirkin kampaniyaya başlayıblar. Beləki, son günlər radikal müxalifətin anti-Azərbaycan təbliğatında ordumuzun sərhəddə erməni təxribatına layiqli cavab verməsi müxtəlif manipulyasiyalara məruz qalır. Xaricdəki havadarlarının tapşırıqlarıəsasında radikal müxalifət ünsürləri ölkəmizə qarşı çirkin kampaniyaya başlayaraq, az qala erməni təxribatlarının günahını Azərbaycanın üzərinə atmağa çalışırlar. Əslində üzdəniraq müxalifətin siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanmaq taktikası yeni deyil. Radikallar hər zaman erməni dəyirmanına su töküb, ermənipərəst dairələrdən, erməni lobbisindən pul alaraq Ermənistanın təbliğatçısı rolunda çıxış ediblər.
Ancaq dəhşətlisi odur ki, radikal müxalifət nə qədər vicdan, mənəviyyat hissini itirib ki, dövlətimizin, xalqımızın gələcəyi, təhlükəsizliyi onları düşündürmür. Azərbaycan Ordusunun dövlətimizin təhlükəsizliyini təmin etmək, erməni təhdidlərinin qarşısını almaq məqsədilə erməni təxribatlarına layiqli cavab verdiyiindiki həssas məqamda radikal müxalifətin apardığı çirkin kampaniya xalqa və dövlətə xəyanətdir. Ona görə ki, hazırda söhbət dövlətimizin, xalqımızın təhlükəsizliyindən gedir. Xalqımız artıq bu ünsürlərin iç üzünü yaxşı bilir, onların ermənipərəst dairələrin, erməni lobbisinin əlində alətə çevrildiyindən də xəbərdardır. Bu səbəbdən əminliklə vurğulamaq olar ki, onların bu çirkin kampaniyası da əvvəlkilər kimi tam şəkildə iflasa uğrayacaq.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52

