“Zəfər tariximiz” adlı layihə çərçivəsində film və kitabça təqdimatı keçirildi
10.10.2022 [14:52]
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilati dəstəyi ilə 2022-ci kiçik qrant müsabiqəsinin qalibi “Davamlı İqtisadi və Sosial Maarifləndirmə” ictimai birliyinin Vətən müharibəsində şanlı qələbəmizə həsr olunmuş “Zəfər tariximiz” adlı layihəsinin açılış tədbiri, filmin və ictimai birliyin sədri Kubra Əliyarlının Vətən müharibəsindən bəhs edən və müxtəlif vaxtlarda qələmə aldığı məqalələrindən ibarət kitabça təqdimatı keçirildi.
Tədbirdə öncə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canına fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Torpaqlarımızın işğalından, ermənilərin orada törətdiyi vandalizm əməllərindən, ordumuzun Vətən müharibəsində qazandığı zəfərdən bəhs edən, şəhid ailəsi və qazilərimizin müsahibələrinin yer aldığı filmə baxış keçirildi.
“Davamlı İqtisadi və Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Kubra Əliyarlı tədbirin rəsmi hissəsini açaraq layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, tarixi topaqlarımızın işğaldan azad edilərək tariximizin parlaq səhifəsinə çevrilmiş 44 günlük Vətən müharibəsində xalqımızın və ordumuzun göstərdiyi qəhrəmanlıq, həmrəylik daim təbliğ edilməli, yerli və dünya ictimaiyyətinə çatdırılmalıdır. Kubra Əliyarlının sözlərinə görə 44 gün davam edən Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və döyüş bacarığını bütün dünyaya nümayiş etdirdi. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin xalqımızın həmrəyliyi, dövlətimizin qətiyyəti, ordumuzun rəşadəti sayəsində əldə etdiyimiz bu qələbə heç vaxt unudulmayacaq. Şəhadətləri ilə zəfər tarixini yazan şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, göstərdikləri igidlik daim minnətdarlıqla xatırlanacaq.
Tədbirdə Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin həyat yoldaşı Günay Kəlbiyeva, qazilər Ruslan Şıxıyev və Ceyhun Sədrayev çıxış edərək layihə ilə bağlı və fikirlərini bölüşdülər. Şəhidlərimizin və qazilərimizin mərdliyindən, şücaətindən bəhs edən bu cür layihələrin davamlı olaraq keçirilməsinin vacibliyini qeyd edərək, göstərilən diqqətə görə təşəkkür etdilər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov çıxışında Ermənistan silahlı qüvvələrinin tarixən dövlətimizin və xalqımızın başına gətirdiyi müsibətlərdən və faciələrdən söz açdı. Onun sözlərinə görə Azərbaycan xalqı üzləşdiyi ən ağır vəziyyətlərdə məğrurluğunu qoruyub, torpaqlarımızın müdafiəsi üçün böyük fədakarlıqlar göstərərək, qanını, canını əsirgəməyib. Vətən müharibəsində qazandığımız zəfər isə xalqımızın əsl qəhrəmanlığının, sonsuz Vətən sevgisinin bariz nümunəsidir. “Zəfər tariximiz” adlı layihəni önəmli edən isə məhz şanlı tariximizə həsr olunmasıdır.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva tədbirdə nitq söyləyərək 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyi ilə möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşında böyük qürur və iftixar hissi yaratdığını vurğuladı. 30 ildən sonra erməni işğalı altında olan torpaqlarımızın azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin, məcburi köçkün soydaşlarımızın doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu qeyd etdi. Çıxışının sonunda “Zəfər tariximiz” layihəsinin maarifləndirici əhəmiyyətini yüksək qiymətləndirdi.
Sonda “Zəfər tariximiz” adlı layihə çərçivəsində ərsəyə gələn film və kitabça tədbir iştirakçılarına paylanıldı, xatirə fotosu çəkdirildi.
Xəbər lenti
Hamısına baxDünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58

