Pirallahıda şəhid baş leytenant Vüsal Babayevin xatirəsi anılıb
27.10.2022 [14:55]
25 oktyabr 2022-ci il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Babayev Vüsal Sübbuh oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdən öncə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı RİH başçısı Aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri və ailə üzvləri tərəfindən şəhidin İkinci Fəxri Xiyabanda yerləşən məzarı ziyarət olunaraq, üzərinə gül dəstələri düzülmüş, dualar oxunmuşdur.
Tədbirin rəsmi hissəsi Pirallahı rayon Gənclər Mərkəzində keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev, Qayğıya Ehtiyacı və Əlilliyi olan şəxslərə Dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu, İctimai Şuranın üzvləri, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların nümayəndələri, şəhidin döyüş yoldaşları və ailə üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları iştirak etmişlər.
Tədbirin keçirildiyi akt zalında Şəhid Vüsal Babayevin şəkilləri, portretləri, medalları, şəxsi əşyaları və şəhidə həsr olunmuş kitab və çap məhsullarından ibarət sərgi təşkil olunmuşdur. Tədbir dövlət himninin səsləndirilməsi, Ümummili lider Heydər Əliyevin və şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və digər qonaqlar çıxış edərək, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışmış, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını qeyd etmişlər. Daha sonra torpaqlarımızın azadlığı uğrunda döyüşən oğullarımızın böyük qəhrəmanlıq göstərdiyini qeyd edərək, bu yolda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirmişlər.
Şəhid baş leytenant V.Babayevin həyat yoldaşı Aynur Babayeva çıxış edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdi. V.Babayevin vətəni düşməndən qoruyaraq ona layiqli oğul olduğunu vurğulayan şəhid xanımı bütün şəhidlərimizin xatirəsinin dövlətimiz və millətimiz tərəfindən daima yüksək tutularaq ehtiramla anıldığını qeyd etdi.
Tədbirin sonunda məktəblilərin ifasında vətənə və şəhidlərə həsr olunmuş şerlər səsləndirildi.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59

