Kəlbəcərin işğaldan azad edilməsi həm hərbi, həm də diplomatik Qələbəmizin göstəricisidir
25.11.2022 [20:09]
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatı oldu. Ötən dövr ərzində Azərbaycan bütün sahələrdə gücləndi, Ordumuz Qələbəyə hazırlandı, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. 44 günlük İkinci Qarabağ müharibəsində bütün bu amillərin vəhdəti sayəsində tarixi Zəfərə imza atdıq. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapanmüddəalarda Kəlbəcərin, Ağdamın və Laçının boşaldılması ilə bağlı vaxt öz əksini tapmışdı. Ermənilərin Kəlbəcəri 15 noyabr 2020-ci ildə boşaltması sənəddə qeyd edilsə də, əlavə vaxtistədikləri üçün dövlətimiz humanistlikgöstərərək 10 gün vaxtı uzatdı. Ermənilərin Kəlbəcəri boşaldan zaman törətdikləri vəhşiliklər dünyanın gözü qarşısında baş verdi. Dünya dövlətləri sussalar da, bu vəhşiliklərin fonunda Azərbaycanın bu illər ərzində necə vəhşi ilə üz-üzə olduğunun şahidinə çevrildilər. Belə ki, ermənilər apara bildiklərini apardılar, apara bilmədiklərini yandırdılar, ekoloji terrortörətdilər.
Torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edərkən onların işğal olunduqlarıtarixi, erməni vəhşiliklərini yada salmayabilmərik. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. Statistik rəqəmlərə diqqət yetirək. İşğal nəticəsində 511 dinc sakinöldürülüb, 321 nəfər əsir götürülüb və itkindüşüb. 60 min kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil,yüzlərlə maşın, texnika və s. talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
Tarixi Zəfərimizdən sonra Kəlbəcərə səfəri zamanı Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məqamı xüsusi diqqətə çatdırdı ki, baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar: “Bütün binalardağıdılıb. Bəzi binalarda ermənilər qanunsuzyaşayırdılar. Buradan çıxanda o binaları dayandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandanİlham Əliyev digər işğaldan azad edilmiştorpaqlarımız kimi, Kəlbəcərə də səfərləri zamanı böyük qürur hissi ilə qeyd edir ki, bizbundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq. Biz bu gün buradayıq, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və bundansonra burada əbədi yaşayacağıq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59

