Laçın yeni inkişaf dövrünə qədəm qoyub
30.11.2022 [15:47]
İlqar ilyasov
YAP Laçın rayon təşkilatının sədri
İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq, bərpa-yenidənqurma işlərinin möhtəşəm vüsəti və əhatəliliyi beynəlxalq aləmi heyran qoymaqdadır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir texnologiyaların tətbiqi ilə genişmiqyaslı hərbi əməliyyatlar aparmaqla işğalda olan doğma torpaqlarımızı işğaldan azad etdiyi kimi, bu gün də Azərbaycan xalqı ölkə başçısının rəhbərliyi ilə həmin torpaqların yenidən dirçəldilməsi üçün möhtəşəm layihələr həyata keçirməkdədir. Dövlət başçısının azad edilmiş ərazilərə hər səfəri zamanı bir daha bütün dünyaya nümayiş olunur ki, torpaq üzərində sahiblik haqqının meyarı onun xaincəsinə işğalı deyil, bu torpaq üzərində qurub-yaratmaq əzmidir.
Prezident İlham Əliyevin bölgələrə etdiyi səfərlər bu ərazilərdə aparılan işlərin intensivliyini stimullaşdıran əsas amildir.
Ölkə rəhbərinin hər bir layihənin icrasını xüsusi diqqətində saxlaması işlərin yüksək effektivliyini təmin edir. Bu faktı Laçın rayonunda aparılan bərpa- quruculuq işlərinə xüsusi şamil etmək olar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçın rayonuna ötən 2 ildə dörd dəfə səfər etmişdir.
Dövlət başçısının Laçına hər səfəri bir tarixdir. Hər səfər Laçının dirçəlişidir və yenidən qurulmasında mühüm töhfədir.
Cənab Prezidentin qısa zaman kəsiyində Laçına səfərlərinin xronologiyasına diqqət yetirək:
14.02.2021:
• Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması;
• Su elektrik stansiyasının açılışı.
16.08.2021:
• Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi.
26.06.2022:
• Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə tanışlıq;
• “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq;
• “Həkəriçay” su anbarı layihəsi ilə tanışlıq;
• Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq.
21.09.2022:
• Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq;
• Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması;
• Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi.
Bu səfərlərin hər birinin böyük mənəvi mənası ilə yanaşı tək Laçın üçün deyil, region üçün, həmçinin ölkə iqtisadiyyatının inkişafı üçün xüsusi əhəmiyyəti vardır. Surətlə aparılan işlər dinamik xarakter daşıyır və əhalinin əhval- ruhiyyəsinə müsbət təsir göstərir.
Bərpa- quruculuq işlərini icra edən podratçı təşkilatlarda çalışan işçilərin əksəriyyəti laçınlılardan ibarət olan qurucular böyük sevinclə tarixin izlərini qoruyub saxlamaqla yeni Laçın yaratmağa çalışırlar.
"Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında", "Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında", "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında" sərəncamların imzalanması ilə icrası arasında demək olar ki, zaman ayrılığı olmadı. Laçın şəhəri və Zabux, Sus kəndlərində henişmiqyaslı bərpa təmir işləri effektiv baxışa hazırdır.
Bu gün Laçında görülən möhtəşəm işlərin tükənməz siyahısı var və bu işlər kəmiyyət, keyfiyyət göstəriciliyi ilə yanaşı, yüksək iqtisadı strateji üstünlükləri ilə də diqqəti cəlb edir.
Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Rayonun yol-nəqliyyat infrastrukturu müasir tələblərə uyğun çəkilir.
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
Laçının Qorçu kəndində inşası həyata keçirilən beynəlxalq hava limanı layihəsi əsil memarlıq möcüzəsidir.
2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Aparılan surətli quruculuq işləri tamamlandıqca Laçınlıların Laçına qaydışı günü yaxınlaşır.
Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır.
Laçın aqrar rayon kimi ölkə iqtisadiyyatında əhəmiyyətli uğurlara imza atıb.
Yeni Qaydışın məşğulluq strategiyasında aqrar sahəyə xüsusi üstünlük veriləcək.
Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Artıq ikinci ildir ki, fermerlər öz təsərüfatlarını Laçın yaylaqlarına aparır.
Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.
Bu da yerli iqtisadi mühitin qısa müddətə sürətli inkişafına nail olunacağının təsdiqidir.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

