Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan Universitetində Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirib

Azərbaycan Universitetində Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirib

12.12.2022 [20:19]

Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov,  Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, AMEA Tarix İnstitutu, “Əliyevşünaslıq” şöbəsinin müdiri, professor Ədalət Qasımov və Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov iştirak edib.

Öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışılıb.

Paylaş:
Baxılıb: 435 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31