Qərbi Azərbaycana qayıdışımız reallaşacaq
28.12.2022 [13:19]
Cari ilin dekabr ayının 24-də cənab Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Prezident İlham Əliyev bir daha adəti üzrə ad günündə xalqın nümayəndələri ilə bir yerdə oldu. Keçirilən görüşdə erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərdən söz açan dövlət başçımız Qərbi Azərbaycana qayıtmağın zəruriliyini vurğulayıb. Ölkə başçısı bununla bağlı bütöv bir konsepsiya ortaya qoyub.
Dövlət başçımız Qərbi Azərbaycan torpaqlarına qayıdacağımızın anonsunu verir, dünyaya bir daha haqqın, ədalətin, yeni mübarizənin mesajlarını göndərir və Qərbi Azərbaycan icmasının yığıncağında qətiyyətlə bildirir ki, biz mütləq ata-baba torpaqlarımıza geri qayıdacağıq. Çünki Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Bunu tarixi sənədlər, xəritələr, keçmişimiz təsdiq edir. Ermənilər bu torpaqlara sonradan gəliblər və 1918-ci ildə bu torpaqlar üzərində qondarma erməni dövləti yaratmışlar. Həmin dövrdən başlayaraq onlar 1918-1920, 1948-1953, 1988-1992-ci illərdə azərbaycanlıları zor gücünə öz ata-baba torpaqlarından çıxarmış, tarixi-dini, mədəni abidələrimizi məhv ediblər. Yüzlərlə yaşayış məsgənlərimizin, abidələrimizin adı, ünvanı onlar tərəfindən dəyişdirilibdir.
1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Dövlət başçısı bildirir ki, bu, bağışlanmaz bir addım, xəyanət və cinayət idi. Xalqımız bunu bilməlidir. “Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub” bildirən dövlət başçımız onu da vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi. Baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, tariximizin qara səhifələrini də unutmamalı, ört-basdır etməməliyik: “Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır.”
Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır və həmin torpaqların hər qarışı bizə məxsusdur. Gələcək zamanlarda biz Qərbi Azərbaycana qayıdacağıq. Azərbaycan bu prosesi sülh yolu ilə həyata keçirəcək. Bu məqsədə çatmaq üçün beynəlxalq hüququn imkanlarından da maksimum istifadə edəcək. Prezidendimizin qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq. Xalqımızın üç əsrdir pozulan hüquqları təmin olunacaq, tarixi ədalət öz yerini tutacaq. Bu uğur Vətən müharibəsindəki şanlı qalibiyyətimizin siyasi-diplomatik, mədəni-ideoloji müstəvidəki davamı olacaq. Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə dövlət başçısı kifayət qədər ciddi yol xəritəsi ortaya qoydu. Bu öz növbəsində Qərbi Azərbaycan məsələsində tarixi dönüş, beynəlxalq hüquq çərçivəsində BMT Nizamnaməsinə əməl etməklə sülh şəraitində Qərbi Azərbaycanın fəthi deməkdir. Görüşdə Azərbaycan Prezidenti bir nüansı da qeyd etdi ki, Qərbi Azərbaycan İcmasının hazırda fəaliyyət göstərəcəyi binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar. Bu günə qədər verdiyi hər bir vədə əməl edən Prezident İlham Əliyevin bu vədinin də reallaşacağına ən kiçik şübhə yoxdur. Gün gələcək bu mötəbər görüşlər Qərbi Azərbaycan torpaqlarında baş tutacaq, bizlər öz doğma torpaqlarımızda azad, firavan ömür sürəcəyik.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01

