Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın qələbəsinin fundamental əsası Prezident İlham Əliyevə, Onun həyata keçirdiyi siyasətə xalqın inamıdır

YAP-ın qələbəsinin fundamental əsası Prezident İlham Əliyevə, Onun həyata keçirdiyi siyasətə xalqın inamıdır

12.04.2011 [10:11]

Yeni Azərbaycan Partiyasının rayon və şəhər  təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
Aprelin 9-da Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, ənənəvi olaraq keçirilən bu cür tədbirlərdə görülən işlərin dəyərləndirilməsi ilə yanaşı, qarşıda duran vəzifələr də müzakirə edilir, perspektivlər müəyyənləşdirilir. Bunun ötən ilin noyabrında keçirilən parlament seçkilərindən sonra ilk müşavirə olduğunu xatırladan YAP Sədrinin müavini məmnunluq hissi ilə qeyd edib ki, bütövlükdə Yeni Azərbaycan Partiyasının, partiyanın hər bir yerli strukturunun seçkilərlə əlaqədar fəaliyyəti səmərəli olub: “Bunun nəticəsidir ki, seçkilərdə böyük uğur qazanılıb. Parlament seçkilərinin nəticələrinə görə, YAP-ın Milli Məclisdə təmsil olunan nümayəndələrinin sayı 71 nəfərə çatıb. Bu da ötən beş ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrinə ölkə vətəndaşlarının verdiyi yüksək qiymətin bariz nümunəsidir. ölkəmizdə həyata keçirilən siyasətin nəticəsi olaraq bütün sahələrdə inkişaf geniş vüsət alıb. Əhalinin rifah halı gündən-günə yaxşılaşır, sosial müdafiənin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Azərbaycan yeniləşir, müasirləşir. Hər kəs bu inkişafı özünün gündəlik həyatında hiss edir. Sözsüz ki, reallığa yüksək dəyər verən xalqımız bu inkişafı görür, dövlətin siyasətini dəstəkləyir, Prezident İlham Əliyevin ətrafında sıx birləşir. Bu gerçəkliyi ötən il ölkəmizdə keçirilən parlament seçkiləri bir daha nümayiş etdirdi. Parlament seçkilərində YAP-ın qələbəsinin fundamental əsası Prezident İlham Əliyevə, Onun həyata keçirdiyi siyasətə xalqın inamıdır. Azərbaycan inkişaf edir, iqtisadi imkanlarını günbəgün artırır. Bu isə ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə böyük stimul verir. Təbii ki, Yeni Azərbaycan Partiyasının özünün də güclənməsi, möhkəmlənməsi, mövqelərinin daha fundamental dayaqlar üzərində qərar tutması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə insanların münasibəti ilə bilavasitə bağlıdır”.
YAP-ın güclənməsinin digər səbəblərinə də aydınlıq gətirən Əli Əhmədov bildirib ki, bunun mühüm göstəricilərindən biri partiyanın sıralarının günü-gündən artmasıdır.
“Bu gün partiyanın sıralarında olan insanların sayı 530 mindən artıqdır. 2010-cu ildə YAP-ın sıralarına daxil olanların sayı 27 mindən çox idi. Bütün bunlar onu göstərir ki, Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində böyük inam var, YAP-ın fəaliyyəti dəstəklənir və bunun nəticəsidir ki, partiyanın tərkibi kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənir”, - deyən Ə.Əhmədov bildirib ki, partiyanın sıralarına daxil olan üzvlərin sayının böyük əksəriyyətini gənclər təşkil edir. “Hər il partiyamıza daxil olan üzvlərin yarısı gənclərdir. Bu onu göstərir ki, Azərbaycan gəncliyi özünün siyasi taleyini YAP-a bağlamaq barədə qəti qərara gəlib. Digər səbəb isə ondan ibarətdir ki, Azərbaycan gəncliyi özünün maraqlarını ifadə etmək üçün ən əlverişli imkanın Yeni Azərbaycan Partiyasında yaradıldığını aydın şəkildə dərk edir və partiya sıralarına daxil olmaqla buna adekvat münasibətini bildirmiş olur. Bütün bunların hamısı ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizin ən güclü siyasi təşkilatı kimi ölkədə ictimai-siyasi proseslərin daim mərkəzində olub və bu gün də belədir. Bu gün ölkədə ictimai-siyasi ab-havanın həm formalaşmasında, həm onun inkişaf meyillərinin və istiqamətlərinin təyin edilməsində partiyanın həlledici rolu var. Bu gerçəkliyin yaranmasında partiyanın hər bir üzvünün, hər bir yerli strukturunun öz rolu var. Əmin olduğumu bildirmək istəyirəm ki, bu günə qədər səmərəli fəaliyyət göstərən YAP-ın yerli təşkilatları və strukturları bu gün də həmin templə çalışırlar. Azərbaycan vətəndaşları partiyamıza inanır. Partiya bu məsuliyyəti üzərində hiss edir və buna uyğun şəkildə də fəaliyyət göstərir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədovun sözlərinə görə, bu gün ölkəmizin inkişaf dinamikası daha da sürətlənməkdədir. ölkəmizdə böyük layihələrin həyata keçirildiyini xatırladan YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirən yeni layihələrin də əsası qoyulur. Onun fikrincə, ölkəmizin gələcək perspektivləri hər bir Azərbaycan vətəndaşına aydın olduğu üçün kifayət qədər optimist hisslər formalaşdırıb: “Azərbaycan son 7-8 ildə nə qədər böyük templərlə inkişaf edibsə, bundan sonrakı mərhələdə ölkəmizin inkişaf miqyasları daha geniş olacaq. Hər bir Azərbaycan vətəndaşı çox aydın şəkildə dərk edir ki, ölkəmizin inkişafı nəticəsində insanların sosial rifahı yaxşılaşacaq, qarşıdakı hər il yola saldığımız illərdən daha uğurlu olacaq. Bu inam, təsəvvür artıq Azərbaycan vətəndaşlarında ənənə halını alıb”.
Əli Əhmədov bildirib ki, bu prosesdə partiyanın hər bir yerli strukturunun üzərinə böyük məsuliyyət düşür. Onun sözlərinə görə, bu məsuliyyət Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bundan sonra da uğurla davam etdirilməsində partiyanın hər bir üzvünün iştirakını təmin etməkdən ibarətdir: “Partiyanın hər bir üzvü ölkədə geniş vüsət alan abadlıq, quruculuq, inkişaf proseslərinə öz töhfəsini verməlidir. Təbii ki, ölkəmizin inkişafı hər birimizdən həyatın yeni çağırışlarına maksimum dərəcədə uyğunlaşmağı da tələb edir. Bugünkü Azərbaycan 10 il bundan əvvəliki Azərbaycan deyil. Bunun bir səbəbi də ondan ibarətdir ki, ölkə iqtisadiyyatının dinamik inkişafı həyatımızın digər sahələrini də əhəmiyyətli dərəcədə inkişaf etdirir. Bu gün hər birimiz qarşımıza daha yeni vəzifələr qoymaq məcburiyyətindəyik. Bu, zamanın, dövrün tələbidir. Digər tərəfdən, bu inkişafla əlaqədar insanların təsəvvüründə də, düşüncələrində də, dəyişikliklər əmələ gəlir. Sözsüz ki, bu dəyişikliklər müsbətdir, Azərbaycan iqtidarının həyata keçirdiyi siyasətin daha qətiyyətlə, düşünülmüş şəkildə dəstəklənməsindən ibarətdir. Bütövlükdə həyatımızda yeniləşmə prosesi geniş vüsət alır”.
YAP Sədrinin müavini onu da deyib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri ölkəmizin yeniləşməsi ilə yanaşı, modernləşməsidir. “Bütün sahələrdə modernləşmə həlledici əhəmiyyət kəsb edir. Güman edirəm ki, qarşımızda duran onillik ərzində Azərbaycanda modernləşmə taktikası xüsusi əhəmiyyət kəsb edəcək. İqtisadiyyatın modernləşməsi istehsalın yeni sahələrinin yaradılmasını tələb etdiyi kimi, ictimai modernləşmə də hər bir Azərbaycan vətəndaşının ictimai münasibətlərində yeni məqamların, cəhətlərin meydana gəlməsini tələb edir. Bütün bunlar təbii ki, ictimai-siyasi proseslərə təsirini göstərir. YAP daim yeniləşmənin, müasirləşmənin, təkmilləşmənin tərəfdarıdır və əldə olunan nailiyyətlərin kökündə də bu amilin rolu inkaredilməzdir. Hər bir dövrün tələbinə uyğun olaraq partiya öz fəaliyyət istiqamətlərini müəyyənləşdirir və bu istiqamətlərdə uğurlu nəticələr əldə edir. Əminəm ki, bundan sonra da qarşımızda duran vəzifələri yüksək səviyyədə yerinə yetirəcəyik”, - deyə o, vurğulayıb.
Müşavirədə qarşıda duran vəzifələrlə əlaqədar geniş fikir mübadiləsi aparılıb, partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verilib.
Tədbirdə YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edib.

Paylaş:
Baxılıb: 1074 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30