/ / Davos Forumu Azərbaycanın inkişafını və imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır
Davos Forumu Azərbaycanın inkişafını və imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır
25.01.2023 [16:06]
Ölkəmizdə ötən həftənin ən mühüm hadisəsi Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparması olub. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm bir platformadır.
Bildiyiniz kimi, əsası 1971-ci ildə Klaus Şvab tərəfindən qoyulmuş Davos İqtisadi Forumu 1973-cü ilədək əsasən iqtisadi məsələlərin müzakirə olunduğu platforma kimi fəaliyyət göstərib. 1973-cü ildən bəri siyasətçilərin də qoşulması ilə Dünya İqtisadi Forumunun mahiyyəti və əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Hər il dünyanın 70-dən çox dövlət və hökumət başçısının, 150-dən çox dövlətin nümayəndəsinin, 1000-dən çox dünya əhəmiyyətli şirkətin, 3000-dən çox insanın iştirak etdiyi bu forum dünyada qlobal miqyasda siyasi, iqtisadi, ətraf mühit, gender və dünyanın gələcək inkişafını müəyyənləşdirən bütün digər istiqamətlər üzrə sərbəst müzakirələri təşkil edən ən böyük platformaya çevrilmişdır.
Prezident İlham Əliyevin builki Davos səfəri onun ümumi say etibarilə 13-cü səfəri idi . Bu illər ərzində Prezident İlham Əliyev 202 görüş keçirib (bu görüşlərin 55-i bilavasitə dövlət və hökumət başçıları ilə olub), 28 sessiyada iştirak edib, müxtəlif kütləvi informasiya vasitələrinə 9 dəfə müsahibə verib. Davosa builki səfəri çərçivəsində Azərbaycan Prezidenti 3-ü dövlət və hökumət başçıları ilə olmaqla, 19 görüş keçirib, Rusiyanın “Rossiya 1” və Çinin “China Global Television Network” telekanallarına müsahibələr verib, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib. Bu sessiya, demək olar, Davos İqtisadi Forumunun ən mühüm sessiyalarından biri idi. Çünki bu təşəbbüs dünyanın ümumi daxili məhsulunun 30 faizini, dünya əhalisinin 62 faizini təşkil edən bir coğrafiyanın Çin ilə siyasi-iqtisadi və maliyyə əlaqələrinin genişləndirilməsini nəzərdə tutur. Azərbaycan Prezidentinin bu sessiyaya dəvət olunması və ilk sözün ona verilməsi təsadüfi deyildi. Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan “Bir kəmər, bir yol” layihəsinə ən çox töhfə verən dövlətlərdən biridir. Çünki Azərbaycan azsaylı ölkələrdəndir ki, öz maliyyə gücü ilə infrastruktura əhəmiyyətli investisiyalar yatırmaqla, qitələrin birləşdirilməsində çox mühüm rol oynayır.
Ümumilikdə, Davos görüşləri bu il əsasən iki istiqaməti əhatə edirdi. Birincisi, Dövlətimizin başçısının görüşləri sırasında neft və qeyri-neft sektorunu təmsil edən şirkətlərin, xüsusən texnoloji şirkətlərin nümayəndələri ilə görüşləri xüsusi qeyd etmək lazımdır. Məliumdur ki, bizim ənənəvi neft sənayemiz, bu sahədə ənənəvi tərəfdaşlarımız var. Cənab Prezident də onların müraciəti əsasında, həm “BP” şirkətinin rəhbəri Robert Dadli, həm “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, həm “Total” şirkətinin rəhbəri, həm də keçmiş “Statoil” şirkətinin rəhbəri ilə – indi həmin şirkət “Equinor” adlanır – görüşlər keçirdi. Bu görüşlərdə Azərbaycanın neft strategiyası, Azərbaycanın yaxın gələcəkdə bu sahədə atacağı addımlar, bütövlükdə dünyada neft sənayesinin mövcud vəziyyəti müzakirə olunurdu.
İkinci istiqamət Prezident İlham Əliyevin keçirdiyi siyasi əhəmiyyətli görüşləri idi ki, bu sırada Borge Brende, eyni zamanda, İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurer, Gürcüstanın Baş naziri Baxtadze və Ermənistanın Baş naziri ilə olan görüşləri qeyd edə bilərik.
Borge Brende ilə görüşü xüsusi vurğulamaq istərdim. Bu görüş əsas etibarilə regional iqtisadi siyasət və regionun ətrafında olan yaxın qonşuların iqtisadi münasibətləri, habelə siyasi münasibətləri ilə bağlı cənab İlham Əliyevin baxışlarını və mövqeyini öyrənmək, eyni zamanda, tövsiyələrini eşitmək məqsədi daşıyırdı. Borge açıq-aydın vurğulayırdı ki, Azərbaycan son 10-15 ildə apardığı siyasət və islahatlar hesabına bölgənin tanınmış söz sahibinə, nüfuzlu dövlətə çevrilib. Artıq bu coğrafiyada Azərbaycanla müzakirə olunmadan, Azərbaycanın fikri nəzərə alınmadan, demək olar ki, heç bir böyük iqtisadi layihə həyata keçirmək mümkün deyil. Borge Brende Orta Asiyanın və Çinin Avropa ilə birləşdirilməsini təmin edən nəhəng infrastruktur layihələrinin – buraya Ələt Dəniz Limanı, eləcə də Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərini özündə birləşdirən “Cənub Qaz Dəhlizi” layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr daxildir – mövcud durumu ilə maraqlanır və heyrətini açıq-aydın bildirirdi ki, bu layihələrin hamısı Prezident İlham Əliyevin təşəbbüsü və möhkəm iradəsi sayəsində mümkün olub.
Prezident İlham Əliyevin bu forumda iştirakı Azərbaycanın həm regionda, həm də dünya miqyasında artan rolunun və Prezident İlham Əliyevin şəxsinə yetirilən diqqətin bariz nümunəsidir. Azərbaycan dünyada cəmi üç-dörd ölkədən biridir ki, son 15-20 ildə adambaşına düşən sərvəti iki dəfədən çox artıra bilib. Bu nailiyyət dövlət və xalq, iqtidar və xalq birliyinin, vəhdətinin sayəsində əldə olunub. Prezidentimizə sual veriləndə ki, Siz bu sabitliyə necə nail olursunuz, dövlətimizin başçısı deyirdi ki, bizim fəaliyyətimizin kökündə Azərbaycan xalqı dayanır, onun rifahı və xoşbəxt yaşaması dayanır və biz də bütün fəaliyyətimizi xalqımızın firavanlığına, dövlətimizin sabitliyinə və inkişafına yönəldirik. Bu, bizim uğurlarımızın rəhnidir, bu, bizim uğurlarımızın kökündə duran əsas amildir.
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34

