44 günlük Vətən müharibəsi ordu quruculuğunun ən parlaq nəticəsi idi
07.04.2023 [14:20]
Nurəddin İbrahimov,
YAP Gəncə şəhər təşkilatı sədrinin müavini
Dövlət-Ordu-Xalq birliyini bütün dünyaya nümayiş etdirən qüdrətli Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq zəngin irsimizə yeni şərəfli səhifələr yazdı. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun ən parlaq nəticəsi idi.
Bu gün regionun və dünyanın ən güclü orduları sırasında özünə yer alan Azərbaycan ordusu yarandığı gündən qarşıya qoyulan hədəfləri yerinə yetirdi, ərazi bütövlüyümüzü bərpa etdi. Qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan tarixi xalqımızın milli həmrəyliyi, mübarizə əzmi, ordu quruculuğunun inkişafı ilə dillərə dastan oldu.
Azərbaycan ordusunun müasir dövrün tələblərinə cavab verməsi üçün əlindən gələni edən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev deyirdi: "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər".
Bu gün ölkəmizin müstəqilliyini, qüdrətini və ərazi bütövlüyünü müdafiə etməyə qadir olan, böyük şanlı yol keçən Şanlı Ordumuz məhz Ulu Öndər Heydər Əliyevin sayəsində böyük nailiyyətlər qazanıb. Zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşən Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində Milli Ordu formalaşdırıldı. Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı, milli hərbi kadrlar hazırlandı. Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti sayəsində Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar atıldı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bir övlad qədər dəyərli olduğunu qeyd edən dahi şəxsiyyətin ölçüyəgəlməz fəaliyyəti nəticəsində xalqımızın iftixarına çevrilən peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırıldı.
Bu gün Azərbaycan Ordusunun sıralarında ölkəmizin qəhrəman oğulları, həyatını bu şərəfli peşəyə - Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər böyük xidmətlər göstərirlər. Onlar Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Vətənin keşiyində ayıq-sayıq dayanıblar. Artıq Azərbaycan Ordusu çox güclüdür, çünki onun sıralarında vətənpərvər, xalqa, millətə, torpağa bağlı insanlar qulluq edirlər.
Ordu dövlətimizin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğuna, bu sahədə perspektiv vəzifələrə böyük diqqət yetirən Prezident İlham Əliyev fəliyyəti dövründə Azərbaycanın inkişafı, ordu quruculuğu, qoşunların modern döyüş qabiliyyətinin artırılması istiqamətində böyük uğurlara imza atdı. Dünya səviyyəli siyasətçi kimi dəyərləndirilən Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq Ermənistanın və erməni lobbisinin çoxillik səylərini darmadağın etdi. 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfər Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəltdi.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58

