Ermənistanın nicat yolu sülh öhdəliyini yerinə yetirməkdən keçir
31.05.2023 [16:56]
Cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasında aparılan müzakirələr və dövlət rəhbərlərinin söylədiyi fikirlər deməyə əsas verir ki, həqiqətən də Ermənistanın 2020-ci il 10 noyabr tarixli bəyanatın tələblərini və sülh öhdəliyini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Əks təqdirdə hazırda rəzil durumda olan Ermənistanı daha çətin günlər gözləyir.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvadakı üçtərəfli görüşü Bakı–İrəvan münasibətlərinin normallaşması istiqamətində atılan mühüm addımlardan hesab olunur. Lakin Ermənistan baş naziri Nikol Paşinyanın bu görüşdə verdiyi sərsəm açıqlamalar növbəti dəfə göstərdi ki, Ermənistan rəhbərliyi siyasi riyakarlığını hələ də davam etdirir. Ötən dövr ərzində N.Paşinyan bir-birini təkzib edən, biri digərini şübhə altına qoyan o qədər ziddiyyətli bəyanatlara müəlliflik edib ki, onun hansısa mövqeyinə sadiq qalacağına inam yoxdur. Məlumdur ki, Paşinyanın ziddiyyətli bəyanatlarının və mövqe dəyişkənliyinin arxasında nə qədər uğursuz olsa da, açıq-aşkar görünən manevr cəhdləri və vaxt udmaq istəyi dayanır. Nəticədə isə özü haqqına qeyri-ciddi və sözünə yiyəlik edə bilməyən etibarsız siyasi ünvan sahibi imicinin formalaşmasına əsas verir.
Bu görüşdən üç gün əvvəl N.Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın 86.6 min kvadratkilometrlik ərazisini tanıyır. Moskva görüşündə isə o, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan bəyanatla çıxış edərək “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə kəskin şəkildə etiraz etdi. Bu, təkcə siyasi manevr naminə edilən uğursuz manipulyasiya cəhdi deyil, dəfələrlə üzləşdiyimiz erməni riyakarlığının rəsmi səviyyədə təzahürünün növbəti biabırçı nümunəsidir. Prezident İlham Əliyev Ermənistanın hökumət başçısına elə yerindəcə lazımi cavabı verərək “Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub... Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir” deməsi onu daha da rəzil vəziyyətə saldı.
Tutarlı faktlara tab gətirməyən Paşinyan psixoloji gərginlik altında çabalayır, getdikcə özünü daha gülünc vəziyyətə qoyurdu. Çaşqınlıq içində olan Paşinyanın iddialarının absurdluğu o səviyyəyə çatdı ki, o, Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etməsini Ermənistana qarşı ərazi tələbi kimi dəyərləndirdi. Azərbaycan Prezidenti verdiyi cavabla onsuz da özünü gülünc vəziyyətə qoyan Ermənistan baş nazirini daha acınacaqlı duruma saldı: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır... “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata tez-tez istinad edən N.Paşinyan həmin sənədi yada salaraq bildirdi ki, Bəyanatda “dəhliz” sözü yalnız Laçın yolu ilə bağlı işlədilir və onun fikrinə görə, “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməsi elə bu səbəbdən yolverilməzdir. Amma Paşinyan yenə də riyakarlıq edərək unutdu ki, həmin sənəddə Azərbaycan ərazisinin əsas hissəsinin Naxçıvanla quru yolla birləşdirilməsini nəzərdə tutan müddəa təsbit olunub.
Prezident İlham Əliyevin N.Paşinyana ”Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb” cavabı əsl yerinə düşən diplomatiya dərsi oldu. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir”. Azərbaycan Prezidentinin bu açıqlaması Ermənistan hökumət başçısına diplomatiya dərsi olmaqla yanaşı, həm də qalib dövlət başçısının tarixi ədalətə və beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyinin nümayişi, siyasi iradəsinin diqtəsi demək idi.
Reallıq isə ondan ibarətdir ki, Ermənistanın nicat yolu sülh öhdəliyini yerinə yetirməkdən keçir və Ermənistan rəhbərliyi hansısa öhdəliyin icrasından imtina etmək fikrinə düşübsə, bilməlidir ki, onun heç bir addımı qarşılıqsız qala bilməz və qalmayacaq.
Bu fikirləri Azərbaycan Prezidenti dəfələrlə ən müxtəlif platformalardan açıq şəkildə bəyan edib.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

