/ / Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizdə yeni inkişaf mərhələsinin başlanmasını şərtləndirdi
Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizdə yeni inkişaf mərhələsinin başlanmasını şərtləndirdi
01.03.2024 [19:01]
Qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası, fəaliyyəti dövründə daim inkişaf etmiş, dövlətçiliyin inkişafı və xalqın xöşbəxt gələcəyi üçün mühüm töhvələr vermişdir. Son 31 ilin ststistikasına və siyasi xronukasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması, Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilməlidir. Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, daim xalqımızın arzularının təcəssümü və yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.
Xüsusilə, cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin edib. Nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir, soydaşlarımızın Böyük Qayıdışına başlanılıb.
Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixdə keçirilmiş VII Qurultayı isə partiyamızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Qurultayda partiyamızın sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaratdı. Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələləri qeyd olunmuş və Partiyanın perspektiv xarakterli strateji hədəfləri açıqlanaraq, xalqa xidməti əsas meyar hesab edən partiyanın tarixində yeni inkişaf mərhələsi başlanmışdır. Yeni idarəetmə modelini özündə ehtiva edən Qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş yeni Nizamnamə, müasir dövrün bütün tələb və çağırışlarına cavab verir və yeni qəbul olunmuş Proqram demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva edən siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edən Proqramdır. Effektiv nəticələrin əldə olunması naminə ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəfləri müəyyən olunmuş Proqramda Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış, siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsi əsas vəzifə olaraq qarşıya qoyulmuşdur.
Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinin nəticəsidir ki, bu gün Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Azərbaycanın tərəqqisi dünyanın hər bir güşəsindən açıq-aydın görünür. Bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir.
Partiyamızın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə, ölkədə milli birlik yaratmışdır. Milli həmrəylik, dövlət siyasətinin strateji prioriteti kimi yeni inkişaf mərhələsinin təcəssümünə çevrilmişdir. Bu monolit birlik 2024-cü ilin 7 fevral tarixində keçirilən növbədənkənar Prezident seçkilərində özünü bir daha açıq şəkildə göstərdi. Xalq bir yumruq kimi birləşərək mütəşəkkillik nümayiş etdirdi və Qalib Xalqın Qalib Lideri, cənab İlham Əliyevi 92,12% səs çoxluğu ilə yenidən Prezident seçdi.
Bəli bu gün inamla deyə bilərik ki, xalqın öz ali rəhbərinə olan sevgisi və etibarı daha xoşbəxt gələcəyimizə təminat verir və əminik ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından başlamış yeni inkişaf mərhələsi uğurla davam edəcək.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02

