YAP-ın gənc fəalları cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edir
09.07.2012 [11:44]
Xəbər verildiyi kimi, iyul ayının 2-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi “Liderliyə gedən yol” “Yay məktəbi” öz işinə başlayıb. “Məktəb” çərçivəsində gənc fəallar Oğuz rayonunda da olublar. İyulun 2-dən 6-a qədər davam edən “məktəb”in birinci mərhələsi dünən başa çatıb. Rayonda “Yay məktəbi”nin sonuncu günündə də ənənəvi surətdə müxtəlif məsələlərə dair diskussiyalar davam etdirilib, eyni zamanda, interaktiv oyunlar və əyləncə tədbirləri keçirilib.
İlk öncə “Siyasi partiyaların KİV-lə əməkdaşlığı, təbliğat-təşviqat işi” mövzusunda treninq keçirilib. Müzakirə formatında davam edən treninqdə gənc fəallar kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin əsaslarından, medianın cəmiyyət həyatına mümkün təsirlərindən, ictimai-siyasi proseslərin obyektiv işıqlandırılması işində mətbuatın pozitiv və neqativ təsirlərindən bəhs ediblər. Qeyd edilib ki, media XXI əsrdə ən güclü təsir və tənzimetmə mexanizmi olmaqla yanaşı, həm də avanqard ideoloji vasitədir.
Eyni zamanda, müzakirə çərçivəsində medianın informasiya cəmiyyətinin formalaşması prosesindəki roluna diqqət yetirilib. Vurğulanıb ki, “informasiya əsri” adlandırılan XXI yüzillikdə media qurumlarının fəaliyyəti ictimai-siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Həmçinin, məlumatlandırma, maarifləndirmə kimi mühüm funksiyaları həyata keçirən KİV sağlam ictimai rəyin formalaşması işinə çox əhəmiyyətli töhfələr verir.
Azərbaycanda mətbuatın inkişafına yüksək dövlət diqqətinin və qayğısının olduğunu qeyd edən gənc fəallar bildiriblər ki, ölkəmizdə mövcud olan söz, fikir və özünüifadə azadlığı müstəqil medianın başlıca göstəricisi kimi dəyərləndirilməlidir. Qeyd edilib ki, ictimai-siyasi prosesləri işıqlandıran jurnalist ilk növbədə milli maraqları əsas götürməli və dövlətçiliyə əsaslanan fəaliyyət mexanizmi seçməlidir.
Qeyd edək ki, 5 günlük “Yay məktəbi” çərçivəsində gənclər ümumilikdə elmi-nəzəri-praktik nöqteyi nəzərdən aktuallıq kəsb edən məsələlərə dair diskussiyalar təşkil ediblər. “Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə”, “İKT-nin müasir imkanlarından istifadə: sosial şəbəkələr” mövzularında müzakirələr, “Siyasi partiyaların KİV-lə əməkdaşlığı, təbliğat-təşviqat işi”, “İdeya-layihə-uğurlu nəticə” bilik və bacarıqların inkişaf etdirilməsi” mövzularında seminar-treninqlər keçirilib. Müxtəlif interaktiv oyunların təşkil edildiyi məktəbdə gənclər tarixi abidələri də ziyarət ediblər.
Vurğulamaq lazımdır ki, sözügedən məktəbdə məsul şəxs qismində təmsil olunan nümayəndələr də məktəbin işini, təşkil olunma və keçirilmə səviyyəsini olduqca yüksək qiymətləndiriblər. Qalib Əsgərov qeyd edib ki, Yeni Azərbaycan Partiyası hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərib. “Yeni Azərbaycan Partiyası gənclərin fəallığına, icimai-siyasi proseslərdə aktiv təmsil olunmasına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, bu gün YAP-ın ətrafında sağlam düşüncəli gənclər birləşib. İctimai-siyasi proseslərdə milli maraqlar əsasında çıxış edən gənc YAP fəalları cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edirlər. Onlar öz üzərlərinə düşən məsuliyyəti dərindən dərk edir və dövlətçiliyimizin möhkəmlənməsinə, milli inkişafımıza xüsusi töhfələr verirlər”, - deyə Q. Əsgərov vurğulayıb.
YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbləri”nin gənclərin inkişafına əhəmiyyətli töhfələr verdiyini deyən Q.Əsgərovun sözlərinə görə, bu tədbir gənc fəallara öz asudə vaxtlarından pozitiv istifadə etməyə imkan yaradır: “Eyni zamanda, burada gənclər arasında yeni dostluq münasibətləri formalaşır, gənclər öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanları əldə edirlər. Deyə bilərəm ki, Oğuz rayonunda keçirilən bu “Yay məktəbi” öz səmərəli nəticələrinə görə olduqca əlamətdar oldu”.
Digər məsul şəxs Leyla Kərimova isə bildirib ki, YAP Gənclər Birliyinin 2007-ci ildən bəri təşkil etdiyi “Yay məktəbləri” hər il özünün spesifik yenilikləri və tədris proqramları ilə seçilir: “Proqramda gəncləri maraqlandıran məsələlər öz əksini tapır ki, bu da gənc fəalların bilik və bacarıqlarının ortaya çıxarılması, inkişaf etdirilməsi baxımından əhəmiyyət kəsb edir. Gənclər bu məktəblərdə yeni biliklər və vərdişlər əldə edir, müəyyən təcrübələr qazanırlar”.
Leyla Kərimovanın sözlərinə görə, təşkil edilən diskussiyalar, təlimlər və seminarlar gənclər tərəfindən yüksək qiymətləndirilir: “Bir məqamı da qeyd etmək istəyirəm ki, “Yay məktəbləri”nə ayrı-ayrı regionları təmsil edən gənclər qatılır, daha sonra isə onlar arasında sıx əməkdaşlıq və dostluq münasibətləri qurulur”.
Gənclər siyasətinin Yeni Azərbaycan Partiyasının ümummilli fəaliyyətində prioritet istiqamət olduğunu qeyd edən L.Kərimova deyib ki, gənclərin YAP-ı seçməsi onların partiyamıza olan inam və ümidlərinin göstəricisidir: “Hər bir sağlam düşüncəli gənc özünün parlaq perspektivini Yeni Azərbaycan Partiyasında görür”.
Məsul şəxs Mehman İsmayilovun sözlərinə görə, Oğuz rayonunda təşkil edilən “Yay məktəbi” öz səmərəli nəticələri ilə yadda qaldı: “Gənclər müxtəlif xarakterli diskussiya və seminarlarda iştirak etdilər, interaktiv oyunlar keçirdilər, özlərinin bilik və bacarıqlarını inkişaf etdirdilər. Məktəbdə təmsil olunan gənclərin fəallığı xüsusilə diqqəti cəlb etdi. Deyə bilərəm ki, gənclərin fəallığı məktəbin işinin səmərəli olmasına əhəmiyyətli töhfələr verdi. Bütün bunları ümumiləşdirib deyə bilərəm ki, “Yay məktəbləri” gənc fəalların aktivliyini artıran, onların asudə vaxtının səmərəli təşkil olunmasını şərtləndirən mühüm amildir”.
Yeri gəlmişkən, “Yay məktəbi”ndə iştirak edən gənclər də məktəbin işini, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları yüksək qiymətləndiriblər. Məsələn, Ayxan Rəhimli vurğulayıb ki, gənclər bu “məktəb”də öz asudə vaxtlarından səmərəli istifadə etdilər, yeni dostlar və biliklər qazandılar. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının bu cür xüsusi diqqət və qayğısı gənclərə stimul verir. “Gənc fəallar öz potensiallarından səmərəli istifadə etmək istəyindədirlər. ümumxalq partiyası olan YAP öz diqqəti ilə gənclərə bu imkanı yaradır, gənc fəalların uğurlu fəaliyyətinə əlverişli şərait formalaşdırır. Biz gənclər bütün bunlara görə, Yeni Azərbaycan Partiyasına sonsuz təşəkkür edirik. ümidvarıq ki, gənclərin böyük hamisi olan Yeni Azərbaycan Partiyasının dəstəyi ilə gənc fəallar yeni nailiyyətlər əldə edəcəklər”, - deyə A.Rəhimli qeyd edib.
“Bu gün Azərbaycan cəmiyyətində gənclərin fəallığı aşkar hiss olunur. Rasional düşüncəli gənclər ictimai-siyasi proseslərə dövlətimizin milli maraqlarını rəhbər tutaraq qoşulurlar. Heç şübhəsiz, sağlam təfəkkürlü gənclərin formalaşmasında ölkə başçısı möhtərəm İlham Əliyevin və Onun sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının xidmətləri misilizdir”. Bunu isə gənc fəal Natiq Qaraxanov deyib.
N.Qaraxanov bildirib ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər il təşkil etdiyi “Yay məktəbi” gənclərin bilik və bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir. YAP-ın gənclər siyasətinin əhəmiyyətinin vurğulayan Fərqanə İlyasovanın sözlərinə görə isə, gənclər partiya ətrafında sıx birləşiblər. O bildirib ki, Yeni Azərbaycan Partiyasının gənclərə olan diqqəti təqdirəlayiq haldır.
Sübhan Şiriyev də ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrinə toxunub və qeyd edib ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Bunun timsalında Yeni Azərbaycan Partiyası gənclərin səmərəli fəaliyyətinə əlverişli şərait yaradır, gənclərə yeni imkanlar açır. “Yay məktəbi” də gənc fəalların intellektual potensialının artırılmasına xidmət edir”, - deyə o qeyd edib.
Raqif Abuşovun sözlərinə görə isə, intellektual potensiala malik olan gənclərin bu cür mühüm əhəmiyyət kəsb edən məktəblərə cəlb edilməsi sevindirici haldır. Bunun da nəticəsidir ki, gənclərin ictimai-siyasi fəallığı getdikcə daha da artmaqdadır və önəmli nəticələr əldə olunmaqdadır. “Oğuz rayonunda təşkil edilən “Yay məktəbi”, həqiqətən, unudulmaz və əlamətdar oldu”, - deyə R. Abuşov bildirib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

