Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransının əhəmiyyətinə toxunularaq hər il Bakıda ənənəvi olaraq yüksək səviyyədə təşkil edilən bu tədbirin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib.