Tacikistan Sərhəd Xidməti: Qırğızıstanla bütün sərhəd boyu döyüşlər gedir

Tacikistan Sərhəd Xidməti: Qırğızıstanla bütün sərhəd boyu döyüşlər gedir

Bütün Tacikistan-Qırğızıstan sərhədi boyunca döyüşlər gedir.

APA xəbər verir ki, bu barədə Tacikistan Sərhəd Xidməti məlumat yayıb.

Sərhəd Xidməti Qırğızıstan tərəfinin sərhədyanı kəndləri, yaşayış sahələrini atəş altında saxladığını bildirib.

Döyüşlərdə ağır və atıcı silahlardan istifadə olunduğu bildirilib.