Mehriban Əliyeva Cıdır düzündə əsgər və zabitlərlə

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Cıdır düzündə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə fotolar paylaşıb.

yeniazerbaycan.com-un məlumatına görə, paylaşımda deyilir:

"08.11.2021. Ömrümün ən xoşbəxt günlərindən biri! Cıdır düzündə Qələbə bayramının ilk ildönümündə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin cəsur əsgər və zabitləri ilə! Çox sağ olun! Uca Tanrı sizləri qorusun!"