Nazirlər Kabineti COVID-19 pasportlarının etibarlılıq müddətinə dəyişiklik edib

Nazirlər Kabineti COVID-19 pasportlarının etibarlılıq müddətinə dəyişiklik edib

COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası" nda dəyişiklik olunub.

Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Sənədə əsasən, koronavirus sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə altı ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin bir dozasını aldıqda müddətsiz olacaq.

Qərar 2022-ci il 15 fevral tarixindən qüvvəyə minəcək.

Hazırki qaydalara görə, sözügedən sertifikatın etibarlılıq müddəti müəyyən edilməyib.