Prezident İlham Əliyev Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton ilə görüşüb

Prezident İlham Əliyev Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton ilə görüşüb
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən Varşavada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Ketrin Eşton ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji və digər sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.