Prezident İlham Əliyev Fransa Milli Assambleyası müdafiə komissiyasının sədr müavini Mişel Vuazenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Fransa Milli Assambleyası müdafiə komissiyasının sədr müavini Mişel Vuazenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Fransa Milli Assambleyası müdafiə komissiyasının sədr müavini Mişel Vuazenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyi, müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb, münasibətlərimizin daha da möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi qeyd olunub.
Görüşdə Fransa Milli Assambleyası müdafiə komissiyasının sədr müavini Mişel Vuazen ölkəsinin Azərbaycan ilə Fransa arasında münasibətlərin təkcə siyasi, iqtisadi sahələrdə deyil, humanitar və digər sahələrdə də  inkişaf etdirilməsinə maraqlı olduğunu bildirib.