Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,73 ABŞ dolları, yaxud 1,72 % artaraq 102,6 ABŞ dolları təşkil edib.

Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 97,66 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.