İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın energetika naziri Dorin Junqetu ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri, o cümlədən enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər istiqamətlərdə mövcud potensial müzakirə olunub.
Görüşdə ölkələrimizin iqtisadi sektorda birgə fəaliyyəti, Azərbaycanın bərpaolunan enerji sahəsində layihələri və təşəbbüsləri çərçivəsində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.