AZAL Bakı-Kişinyov reyslərinə bilet satmağa başlayıb

AZAL Bakı-Kişinyov reyslərinə bilet satmağa başlayıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Moldovanın paytaxtı Kişinyov şəhərinə həyata keçirəcəyi reyslərə bilet satışına başlayıb.

 Uçuşlar sentyabrın 15-dən başlayaraq həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Biletləri www.azal.az sayı, aviaşirkətin mobil əlavəsi və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.